Azərbaycan Respublikasının xarici siyasətdə əsas qırmızı xətti hər zaman ərazi bütövlüyünün tanınması olmuşdur

Azərbaycan Respublikasının xarici siyasətdə əsas qırmızı xətti hər zaman ərazi bütövlüyünün tanınması olmuşdur
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətdə əsas istiqamətlərdən biri digər dövlətlər ilə ikitərəfli mümasibətlərin qurulması olmuşdur. Qısa müddət ərzində bir çox beynəlxalq təşkilatlara üzv olunmuş və əksər dövlətlərlə diplomatik münasibətlər qurulmuşdur. Bir çox dövlətlərlə ikitərəfli münasibətlər sadəcə diplomatik çərçivədə qalmamış çoxşaxəli inkişaf etmişdir. Bu dövlətlərdən biri də Macarıstandır. İki ölkə arasında diplomatik münasibətlər 1992- ci ildə qurulmuşdur, ancaq sonrakı illərdə müxtəlif sahələrdə əməkdaşlıq və qarşılıqlı tərəfdaşlıq yaradılmışdır.
Azərbaycan və Macarıstan dövlət rəhbərləri müxtəlif vaxtlarda rəsmi səfərləri iki ölkə arasında əlqələri daha da dərinləşdirmişdir. Bu səfərlərdən biri də 20-21 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Macarıstana işgüzar səfəridir. Səfər zamanı Prezident İlham Əliyev mətbuata bəyanat verərək iki ölkə arasındakı münasibətlərin inkişaf xüsusiyyətlərini diqqət mərkəzinə gətirmişdir. Bəyanat zamanı bir çox məsələlərə toxunulmuş, əksər məsələlərdə Macarıstan və Azərbaycanın mövqeyinin üst-üstə düşdüyü qeyd edilmişdir.
Azərbaycan Respublikasının xarici siyasətdə əsas qırmızı xətti hər zaman ərazi bütövlüyünün tanınması olmuşdur. Torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında saxlanılması xarici siyasətdə bu amili proritet edirdi.
Macarıstan və Azərbaycan arasında bir çox oxşar xüsusiyyətlərin olması, müvqelərinin üst-üstə düşməsi iki ölkə arasında daha sıx əlaqələrin qurulmasına zəmin yaradır.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə




Oxşar xəbərlər