Azərbaycan xarici siyasətdə və diplomatik əlaqələrdə üstün mövqeyə sahib respublikadır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra çox qısa bir müddətdə xarici siyasətdə uğurlu addımlar atmağa başladı. Qürur hissi ilə qeyd edə bilərik ki, bugün Azərbaycan dövləti 100-dən çox ölkə ilə diplomatik əlaqələr yaradıb və bu say günü-gündən artmaqdadır.
Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də Çin Xalq Respublikası olmuşdur. O zamandan bəri hər iki dövlət arasında dostluq münasibətləri yaranmağa başlamışdır. Bu münasibətlərin yaranması və inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolu olmuşdur. O vaxtlar Azərbaycan dünya miqyasında o qədər də tanınmırdı. Buna baxmayaraq, Heydər Əliyev tez-tez Çinə səfərlər edir və ölkənin rəhbərləri ilə görüşürdü. Onun bu səylərinin nəticəsidir ki, bugün iki dövlət arasında münasibətlər hörmət və dostluq üzərində qurulub.
Ulu öndər Heydər Əliyev Azərbaycanın ən çətin vəziyyətində xalqın təkidli tələbi ilə rəhbər seçilmişdir. Onun uzaqgörən və uğurlu siyasəti nəticəsində Azərbaycan dövləti, xalqı bu çətin vəziyyətdən üzüağ çıxa bildi. Ulu Öndər Heydər Əliyev çox peşəkar rəhbər olmuşdur. Onun idarəçiliyi dövründə əsas məqsədi cəmiyyətin nəbzini tutmaq, xalqın rifahını yüksəltmək, insanların necə yaşadığını, hansı problemlərlə üzləşdiyini müəyyən etmək və həlli yolunu tapmaq olmuşdur.
Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur. Azərbaycan dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsipini rəhbər tutaraq, Çin dövləti ilə də xarici siyasətdə uğurlu addımlar atmaqdadır. Hətta regionun siyasi xəritəsinə nəzər salsaq görə bilərik ki, ölkələrimiz bir çox məsələlərdə eyni mövqedən çıxış edir. Belə ki, həm Azərbaycan, həm də Çin dövlətinin xarici siyasətində əsas məqsəd – suverenlik, müstəqillik, ərazi bütövlüyü və digərlərinin daxili işlərinə qarışmamaqdır. Həmçinin, əməkdaşlıq məsələlərində də mövqelərimiz üst-üstə düşür. Hər iki dövlət qarşılıqlı ticarətin həcminin artmasını, ölkələrimizi gələcəkdə daha da birləşdirəcək yeni nəqliyyat marşrutlarını əsas məqsəd olaraq görür.
Çin dünyanın ən böyük dövlətlərindən biridir və dostlarının sayı da ildən-ilə artmaqdadır. Azərbaycanla olan dostluğunun təcəssümü olaraq qeyd edə bilərik ki, COVİD-19 virusu yeni başlayanda peyvəndlərin olmaması səbəbindən bu virusun qurbanları günü- gündən artırdı. Ölkəmizin bu çətin vəziyyətində bizə yardım edən yeganə ölkə Çin oldu. Azərbaycan dövləti də öz növbəsində hər zaman bu dəstəyi yüksək qiymətləndirir.
Azərbaycan hər zaman Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini dəstəkləyib və dəstəkləməkdə də davam edəcək. Əminliklə deyə bilərik ki, yaxın illərdə ıki dövlət arasındakı sosial, siyasi-iqtisadi, mədəni və diplomatik əlaqələr daha da yüksək səviyyədə inkişaf edəcək və bütün gələcək planlar həyata keçiriləcəkdır.
Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
informatika müəllimi Qönçə Rəhmətzadə