Ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır

Ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır Azərbaycan və Macarıstan arasında strateji münasibətlərin son illər daha da dərinləşməsi müşahidə olunur. Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab edilir. Iki ölkə arasında ticarət dövriyyəsində də artım dinamikası qorunub saxlanıb.Belə ki, 2021-ci ildə ölkələr arasındakı ticarət dövriyyəsi 35,2 milyon dollar olmuşdursa, 2024-cü ildə 62.3 milyon dollarlıq ticarət qeydə alınıb. Bu o deməkdir ki, son 4 ildə Azərbaycan ilə Macarıstan arasındakı ticarət dövriyyəsi 77.0 faiz artıb.Son illər qeydə alınan artım tendensiyasına rəğmən Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Hər iki ölkənin birgə sərmayə qoyuluşları, idxal və ixrac əməliyyatlarını genişləndirmək imkanları yüksək qiymətləndirilir. Bu baxımdan, Azərbaycan Prezidentinin səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Cənab Prezidentin Budapeştdəki səfəri də xüsusi əhəmiyyət kəsb edir. Bu səfər çərçivəsində ölkənin Baş naziri Viktor Orban ilə səmimi görüşlər və müzakirələr keçirilib. Bu görüşlər hər iki ölkənin iqtisadi inkişafına və beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsinə töhfə verib. Prezident İlham Əliyev bu səfərdə beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq, Ermənistan-Azərbaycan arasında sülh prosesini müzakirə edib və Azərbaycanın sülh və əmin-amanlığın tərəfdarı olduğunu vurğulamışdır. O, Ermənistanı da bu mövqedən çıxış etməyə çağırmışdır.
Ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir. Ötən ildən etibarən Azərbaycan mavi qazı Macarıstana çatdırılır. Regional enerji təhlükəsizliyinə yaxından töhvə verən Azərbaycan tərəfdaş ölkələr ilə enerji əməkdaşlığını gücləndirməkdədir. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan (IGB) ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,0 milyard kubmetrdək artırılması həmin regionda daha çox ölkənin Azərbaycandan artırılmış həcmdə qaz almasına və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yaradır.
Azərbaycan və Macarıstanın digər beynəlxalq təşkilatlarla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla əməkdaşlıq etdiyini önə çəkərək vurğulayıb ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən Macarıstanın paytaxtı Budapeştdə TDT-nin Nümayəndəlik Ofisi fəaliyyət göstərir:Dövlət başçısı İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə Macarıstanın dəstəyi bu ölkənin təşəbbüsü ilə mayın 21-də keçirilən tədbir oldu. Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır”.

Maştağa qəsəbəsi, 293 saylı orta məktəbin
İngilis dili müəlliməsi Lamiyə Mikayilova

Oxşar xəbərlər