Artan dinamika ilə inkişaf edən Azərbaycan-Almaniya münasibətləri yeni dövrdə yeni mərhələyə qədəm qoyub

Artan dinamika ilə inkişaf edən Azərbaycan-Almaniya münasibətləri yeni dövrdə yeni mərhələyə qədəm qoyub
Müstəqil Azərbaycan Respublikası elan edildən sonra qısa zamanda Avropa dövlətləri Azərbaycanın müstəqilliyini tanıdı. Bu dövlətlərdən biri də Almaniyadır. Azərbaycan və Almaniya arasında münasibətlər daha əvəl XIX əsrin ikinci yarısından qurulmuşdur.
Almaniya ilə yanaşı, Azərbaycanın Avropa İttifaqı ilə siyasi əlaqələri son dərəcə sürətlə inkişaf edir. Avropa İttifaqı ilə imzalanan bir sıra müqavilələr əlaqələri daha da möhkəmləmdirir. Xüsusilə bərpaolunan enerji mənbələrindən istifadə haqqında müxtəlif müqavilələrin imzalanması Avropanın diqqətini Azərbaycana yönəldib. Bununla yanaşı Azərbaycan Avropaya ixrac edəcəyi neft və qazı gələcək illərdə daha da artırmağı planlaşdırır.
Almaniya və Azərbaycan Prezidentlərinin səfərləri ölkələr arasında olan əlaqələrin güclü olduğunu göstərir. Bu səfərlərdən biri də yaxın keçmişdə mart ayının 13-də Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəridir. Prezident İlham Əliyev səfər zamanı Berlində Almaniyanın aparıcı şirkətlərin rəhbərləri ilə görüşmüşdür. Görüş zamanı İlham Əliyev son 20 ildə Azərbaycanın iqtisadiyyatının 20 dəfə artdığını xüsusi olaraq qeyd etmişdir.
Artan dinamika ilə inkişaf edən Azərbaycan-Almaniya münasibətləri yeni dövrdə yeni mərhələyə qədəm qoyub. Bağlanan müqavilələr isə bu əlaqələrin davamlı olacağının göstəricisidir.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə


Oxşar xəbərlər