Azərbaycan və Tacikistan arasında qarşılıqlı münasibətlərin yaranması uzun illərə dayanır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin may ayında qurulmuşdur. Bu əlaqələr əvvəllər daha çox beynəlxalq təşkilatlar müstəvisində olmuşdur. 2006-cı ildən etibarən isə Azərbaycan Respublikasının Tacikistan Respublikasında Səfirliyi təsis edilmişdir.
Qarşılıqlı münasibətlərin inkişafına iki dövlət arasında olan rəsmi səfərlər mühüm rol oynayır. Bu səfərlərdən biri də cari ilin aprel ayının 5-də Prezident İlham Əliyevin Tacikistan Respublikasına rəsmi səfəridir. Səfər zamanı qarşılıqlı münasibətlərin daha da inkişafı ön planda durmuşdur.
Dövlətlərarası əlaqələrin qurulduğu ilk zamanlar hər iki dövlətdə siyasi sabitlik yox idi, vətəndaş müharibəsi gedirdi. Amma artıq hər iki dövlətdə tam sabitlikdir, uğurlu inkişaf yolundadır. Siyasi sabitliyin olması inkişafın əsas amilidir. Ancaq bunun üçün sadəcə sabitlik kifayət etmir. Hər ölkənin tarixində onu inkişafa aparacaq uğurlu siyasi liderlər olur.
Diplomatik münasibətlərlə yanaşı Azərbaycan və Tacikistan arasında mədəni, iqtisadi əlaqələr də son dərəcə yüksək səviyyədə inkişaf edib və etməkdə davam edir.
Tacikistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmət edir. Diplomatik münasibətlərin qurulmasında Arbaycan üçün suverən ərazilərinin tanınması əsas şərtdir.
Səfər zamanı iki dövlət arasında bir çox sahələrdə əməkdaşlıq haqqında müqavilənin imzalanması gələcək münasibətlərin daha da inkişafına zəmin yaradır.
Bakıxanov qəsəbəsi, 72 saylı məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə