İki ölkə arasında münasibətlər yüksələn xətlə davam etdirilir

İki ölkə arasında münasibətlər yüksələn xətlə davam  etdirilir
Azərbaycan müstəqillik əldə etdikdən sonra istər qonşu dövlətlərlə, istərsə də digər dövlətlərlə diplomatik, siyasi, iqtisadi həmçinin bir çox dövlətlərlə yaxın dostluq və əməkdaşlıq münasibətləri qurmuşdur. Bu dövlətlərdən biri də də Belarusiya Respublikasıdır.
İki dövlət arasında diplomatik münasibətlərin tarixi uzun tarixi dövrü əhatə edir. Dövlət başçılarının rəsmi səfərləri dövlətlərarası münasibətlərin daha da inkişafına zəmin yaradır. Son dövrlərdə isə əməkdaşlıq sahəsində bir çox ikitərəfli addım atılmışdır. Bu rəsmi səfərlərdən biri də may ayının 16- da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəridir. Səfər zamanı təkbətək və geniş tərkibdə görüşlər keçirilmişdir. Bu görüşlər iki dövlət arasında olan dostluğun yüksək səviyyədə olduğunu sübut edir.
Səfər zamanı gündəlikdə olan proritet məsələlərə toxunulmuşdur. Müzakirə olunan ən önəmli sahələrdən biri sənaye kooperasiyasıdır. Çünki sənaye sahəsində birgə istehsal gücünün artırılması istiqamətində mühüm addımların atılması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi səfər haqqında mətbuata verdiyi bəyanatda gündəlikdə olan məsələlərin kifayət qədər konkret xarakter daşıdığını bildirmişdir.
İki ölkə arasında münasibətlər yüksələn xətlə davam etdirilir. Siyasi-iqtisadi əməkdaşlıqla yanaşı dərin dostluq münasibətlərinin qurulması, ölkələr asasındakı münasibətlərin gələcəkdə daha da inkişafına zəmin yaradır.


Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər