Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra xarici dövlətlərlə siyasi, iqtisadi və diplomatik münasibətlərin qurulması əsas proritetlərdən olmuşdur. Xüsusilə Ulu Öndər Heydər Əliyevin Prezidentlik dövründə bu istiqamətdə mühüm addımlar atılmışdır. Bu dövlətlərdən biri də Çindir. Ulu Öndər Heydər Əliyevin dövründə Çinə təşkil edilən səfərlər, görüşlər siyasi əməkdaşlığın yaranmasına səbəb olmuşdur. Müasir dövrdə bu əlaqələr daha sürətlə və daha geniş şəkildə inkişaf etdirilir.
Müstəqilliyimiz yeni elan edildiyi dövrdə dünyada Azərbaycan o qədər də tanınmırdı. Buna baxmayaraq bir sıra dövlətlərlə diplomatik əlaqələr qurulmuşdu. Ancaq müasir dövrdə xarici əlaqələr 30 il əvvəlkinə nisbətən dəfələrlə genişdir.
44 günlük Vətən müharibəsi zamanı ordumuzun qəhrəmanlıqları ilə yanaşı Ali Baş Komandan, Prezident İlham Əliyevin dünyanın bir çox televiziya kanallarına, müxtəlif dillərdə verdiyi müsahibələr Prezidentimizi siyasi arenada da qəhrəmana çevirmişdi.
Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində “China Global Television Network” televiziya kanalına yeni müsahibə verməsi, iki dövlət arasında olan münasibətlər geniş əhatə dairəsinə malik olduğunu sübut edir.
Müsahibə zamanı Prezident İlham Əliyev inkişafda olan Çin-Azərbaycan münasibətlərini xüsusi olaraq qeyd etmişdir. Bununla yanaşı ölkəmizin proritetində olan olan bir çox məsələlərə toxunulmuşdur.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə