Müstəqil Azərbaycan Respublikası yarandıqdan sonra qarşıya qoyulan əsas vəzifələrdən biri də digər dövlətlərlə qarşlıqlı diplomatik, siyasi və iqtisadi münasibətlərin yaradılması olmuşdur. Dövlətimiz bu vəzifənin öhtəsindən hər zaman layiqincə gəlmişdir. İstər Avropa ölkələri ilə istərsə də digər dövlətlərlə qurulan hərtərəfli münasibətlər bunu bir daha sübut edir.
Azərbaycan və Litva uzun illərdir tərəfdaşdır. İki ölkə arasında bağlanan sazişlər, keçirilən formlar qarşılıqlı münasibətlərin dərin və hərtərəfli olduğundan xəbər verir.
Sözügedən dövlətlərdən biri də Litvadır. May ayının 18-də keçirilən Azərbaycan-Litva biznes forumu dövlətlərarası əlaqələrin hansı səviyyədə inkişaf etdiyini göstərir. Cənab Prezident İlham Əliyev formda çıxışı zamanı Azərbaycan və Litva arasında olan qarşılıqlı əlaqələrin yüksək dərəcədə olduğunu qeyd etmişdir. Litva prezidentinin də şəxsən iştirak etməsi münasibətlərin səmimiliyinin göstəricisidir.
Azərbaycan enerjiyə olan tələbatını tam şəkildə ödəyir və əksər ölkələri enerji ilə təmin edir. Bu Azərbaycanın digər dövlətlər üçün xüsusilə Avropa ittifaqı dövlətləri üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərən səbəblərdən sadəcə biridir. Azərbaycan istər Avropa ittifaqı ölkələri istərsə də qonşu dövlətlərlə daim sülh və əməkdaşlıq şəraitində yaşamağa önəm vermişdir. Bütün təcavüzkar siyasətinə baxmayaraq Ermənistanla da münasibətləri qaydaya salmaq üçün addımlar atmışdır, ancaq bu addımlar birtərəfli olduğuna görə istənilən nəticəni əldə etmək mümkün olmamışdır. Bütün bunlara baxmayaraq Azərbaycan öz prinsiplərindən dönməyib dövlətlərin qarşılıqlı sülh və əməkdaşlıq şəraitində yaşaması üçün mühüm addımlar atmışdır.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə