Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir

Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir
Azərbaycanla Macarıstan arasında sıx dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur: “Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayında qurulub. O vaxtdan bəri iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıq mərhələli şəkildə inkişaf edib. Hər iki ölkə Avropada və Avrasiya məkanında qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq qurmağa nail olub.
Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur: “Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri bu əlaqələrin dərinləşməsində mühüm rol oynayır. Macarıstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib.
Azərbaycanla Macarıstan arasında sıx dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur: “Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlər 1992-ci ilin aprel ayında qurulub. O vaxtdan bəri iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıq mərhələli şəkildə inkişaf edib. Hər iki ölkə Avropada və Avrasiya məkanında qarşılıqlı maraqlara əsaslanan strateji tərəfdaşlıq qurmağa nail olub. Azərbaycan və Macarıstan arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur: “Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri bu əlaqələrin dərinləşməsində mühüm rol oynayır. Macarıstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana həyata keçirdiyi işgüzar səfər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər zamanı ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri üzrə geniş müzakirələr aparılmış, enerji, iqtisadiyyat, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf perspektivləri qiymətləndirilmişdir.
Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat, bu səfərin nə qədər məhsuldar keçdiyini bir daha təsdiqlədi. O, çıxışında Azərbaycanın və Macarıstanın ortaq maraqlara əsaslanan dostluq münasibətlərindən, həmçinin qarşılıqlı hörmət və etimada söykənən tərəfdaşlıqdan bəhs etdi. Dövlət başçısı Azərbaycanın enerji sahəsində Macarıstanla əməkdaşlığının əhəmiyyətini xüsusi vurğuladı və Avropa enerji təhlükəsizliyinə töhfə verən layihələrdən danışdı.
Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var.
Bəyanatda, həmçinin Azərbaycanın regionda sülh və sabitliyə verdiyi töhfələrə də toxunuldu. Prezident Əliyev Ermənistanla normallaşma prosesindən bəhs edərək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini bir daha diqqətə çatdırdı. O, Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün Ermənistanın konstruktiv mövqe sərgiləməsinin vacibliyini vurğuladı.
Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər bir məqam isə Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu davam etdirməsi ilə bağlı oldu. Prezidentin sözlərinə görə, Azərbaycan heç bir təzyiqə boyun əymədən, beynəlxalq aləmdə öz haqlı mövqeyini qoruyub saxlamağa davam edir.
Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır.
Nəticə etibarilə, bu səfər və mətbuata verilən bəyanat Azərbaycan-Macarıstan münasibətlərinin gələcək inkişafı üçün yeni üfüqlər açır. Hər iki ölkənin strateji maraqları və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq platforması qarşıdakı illərdə daha da güclənəcəyinə dəlalət edir.
Macarıstanın təşəbbüsü ilə ikinci qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir. Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar, oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq, siyasi iradə və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var.
Bütün başqa məsələlər iki dost və tərəfdaş ölkənin yeni layihələr reallaşdıracağına əminlik yaradır. Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və strateji maraqlar əsasında inkişaf edir. Bu əlaqələr yalnız hər iki ölkənin milli maraqlarına xidmət etmir, həm də Avropa və Avrasiya regionunda sabitlik və tərəqqiyə töhfə verir. İnanıram ki, gələcəkdə iqtisadi, enerji, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlıq daha da dərinləşəcək.

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtiai sinif müəllimi Gülüstan Allahverdiyeva


Oxşar xəbərlər