Azərbaycan və Qazaxıstan arasında diplomatik və dostluq münasibətləri uzun illərdir davam edir. Azərbaycan Qazaxıstanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Bunu Qazaxıstan üçün də deyə bilərik. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması, Astana şəhərində bir küçənin adının Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilməsi qarşılıqlı dəyərin təcəssümüdür.
Qarşılıqlı münasibətlər dövlət başçılarının rəsmi səfərləri çərçivəsində inkişaf edir. Bu səfərlərdən biri də cari ilin aprel ayının 10-da Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri fonunda baş tutmuşdur.
Dünyada baş verən siyasi prosseslər Türk dövlətlərinin daha da sıx əlaqələr qurmasını tələb edir. Nəticədə artıq dünyada yeni regional güc formalaşıb. Ulu Öndər Heydər Əliyev türk dövlətlərinin birliyinə xüsusi önəm vermiş, hər zaman bunun üçün çalışmışdır.
Azərbaycan demokratik dəyərlərə hər zaman yüksək qiymət vermişdir. Ərazi toxunulmazlığı hər zaman Azərbaycanın qırmızı xətti olmuşdur. Azərbaycan özü suverən dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığı kimi, bunu qarşılıqlı şəkildə tələb etmişdir.
Azərbaycan və Qazaxıstan arasında əlaqələr dostluq münasibətləri ilə yanaşı yüksək əməkdaşlıq çərçivəsində də davam etdirilir. Həmçinin ölkələrimiz beynəlxalq təşkilatlar müstəvisində fəal qarşılıqlı əlaqələr saxlayır və bir-birini dəstəkləyir.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə