Azərbaycan hər zaman əməkdaşlıq etdiyi ölkələrin Azərbaycanın ərazi bütövlüyünə münasibəti amilinə önəm vermişdir

Azərbaycan hər zaman əməkdaşlıq etdiyi ölkələrin Azərbaycanın ərazi bütövlüyünə münasibəti amilinə önəm vermişdir
Müstəqil Azərbaycan Respublikası elan edildikdən sonra Azərbaycan xarici əlaqələrə xüsusi önəm vermişdir. Türk dövlətləri ilə yanaşı Avropa döblətləri ilə əlaqələr inkişaf etdirilmiş, siyasi, iqtisadi və diplomatik münasibətlər qurulmuşdur. Bu dövlətlərdən biri də Serbiya olmuşdur. İki dövlət arasında olan diplomatik münasibətlər 1997- ci ildə qurulmuşdur. Hazırda ikitərəfli əlaqələr yüksək səviyyədə davam etdirilir. Müntəzəm olaraq səfərlər, görüşlər həyata keçirilir. Bu görüşlərdən biri də dekabr ayının 21- də Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında olmuşdur. Görüşdə əsas məqsəd iki ölkə arasında olan yüksək səviyyəli əlaqələrin daha da inkişaf etdirilməsi, əməkdaşlığın güclənməsi olmuşdur.
Azərbaycan hər zaman əməkdaşlıq etdiyi ölkələrin Azərbaycanın ərazi bütövlüyünə münasibəti amilinə önəm vermişdir. Bu Azərbaycanın qırmızı xəttidir. Azərbaycan və Serbiya hər zaman bir -birlərinin ərazi bütövlüyünü tanımış və hörmətlə yanaşmışdır.
Səfərlər zamanı keçirilən görüşlərdə Azərbaycan və Serbiya arasında müxtəlif sahələrdə münasibətlərin inkişafı yönündə bir sıra sazişlər imzalanır. Xüsusilə Energetika sektorunda əməkdaşlıq xüsusi tempdə inkişaf edir. Eyni zamanda nəqliyyat-logistika, ticarət sahəsində də əməkdaşlıq uğurla davam etdirilir.
Mövcud Azərbaycan -Serbiya münasibətlərinin tempinə və genişliyinə baxdıqda bu əlaqələrin gələcəkdə daha da irəliləyəcəyini, əlaqələrin daha da genişlənəcəyini görmək mümkündür.


Bakıxanov qəsəbəsi, 72 saylı tam orta məktəbin
Tarix müəllimi Damla Həsənzadə


Oxşar xəbərlər