Azərbaycan müstəqillik əldə etdikdən sonra istər qonşu istərsə də digər əksər dünya dövlətləri ilə diplomatik, siyasi və iqtisadi əlaqələr qurmuşdur. Ancaq Türk dövlətləri ilə münasibətlər daha yaxın olmuşdur. Qardaş Türkiyə ilə yanaşı, digər Türk dövlətləri ilə də siyasi, diplomatik münasibətlərlə yanaşı yaxın tərəfdaşlıq, dostluq münasibətləri qurulmuşdur. Bu dövlətlərdən biri də Mərkəzi Asiyada yerləşən Qırğızıstan Respublikasıdır. İki ölkə arasında münasibətlər yüksək səviyyədə davam etdirilir. Hər il qarşılıqlı dövlət səfərlərinin təşkil edilməsi qarşılıqlı münasibətlərin daha da inkişafına yönəlmişdir. Bu rəsmi səfərlərdən biri də cari ilin 24 aprel tarixində Qırğız Respublikasının prezidenti Sadır Japarovun Azərbaycana səfəridir.
Səfər zamanı Azərbaycan və Qırğızıstan arasında bir sıra sənədlər imzalanmıdşır. İmzalanan sənədlər iki ölkə arasında münasibətlərin daha da inkişafına yönəlmişdir.
İki ölkə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətləri müasir dövrdə yüksələn xətlə inkişaf etdirilir. Hər iki ölkə qarşılıqlı münasibətlərin inkişafına önəm verir.
Hər iki ölkə iqtisadi-ticari sahədə fəal əməkdaşlıq edir. Bununla yanaşı mədəni sahədə, energetika və nəqliyyay sahəsində də uğurlu əməkdaşlıq davam etdirilir.
Azərbaycan və Qırğızıstan arasında münasibətlərin çoxistiqamətli olması, iki dövlət arasında olan əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. İmzalanan sənədlərdə hər iki tərəf əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu bir daha göstərdi.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə