Azərbaycan və Macarıstan arasındakı əlaqələr, müstəqil siyasət və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir

Azərbaycan və Macarıstan arasındakı əlaqələr, müstəqil siyasət və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri, iki ölkə arasındakı strateji tərəfdaşlığın daha da möhkəmləndiyini və beynəlxalq münasibətlərdə müstəqil siyasət yürütmənin əhəmiyyətini bir daha vurğuladı.
Prezident İlham Əliyev, Macarıstanın xarici və daxili siyasətinin yalnız Macarıstan xalqının maraqlarına əsaslandığını və bu ölkənin müstəqil siyasət yürütməsini yüksək qiymətləndirdiyini bildirdi. O, həmçinin Macarıstanın beynəlxalq hüquqa hörmətini və ədalətə sadiqliyini yüksək qiymətləndirdi .
Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq 2014-cü ildə imzalanan birgə bəyannamə ilə rəsmi şəkildə təsdiq edilib. Prezident Əliyev, bu tərəfdaşlığın enerji sahəsində də genişləndiyini və iki ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd etdi .
Azərbaycan və Macarıstan arasındakı əlaqələr, müstəqil siyasət və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edir. Bu əməkdaşlıq, yalnız iki ölkə üçün deyil, həm də Avropa və Qafqaz regionları üçün mühüm əhəmiyyət kəsb edir.

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi İmmi Məmmədova

Oxşar xəbərlər