Macarıstan, Avropa İttifaqının fəal üzvü olmaqla yanaşı, Cənubi Qafqazda gedən geosiyasi proseslərə xüsusi diqqət yetirən ölkələrdəndir

Macarıstan, Avropa İttifaqının fəal üzvü olmaqla yanaşı, Cənubi Qafqazda gedən geosiyasi proseslərə xüsusi diqqət yetirən ölkələrdəndir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu səfər təkcə diplomatik münasibətlərin möhkəmləndirilməsi ilə kifayətlənmir, eyni zamanda iqtisadi, enerji, nəqliyyat və təhsil sahələrində əməkdaşlıq imkanlarını genişləndirmək məqsədi daşıyır. Macarıstan, Avropa İttifaqının fəal üzvü olmaqla yanaşı, Cənubi Qafqazda gedən geosiyasi proseslərə xüsusi diqqət yetirən ölkələrdəndir. Cənab prezident İlham Əliyevin Budapeştdə apardığı yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar Azərbaycanın Avropa ilə əlaqələrinin dərinləşməsində yeni mərhələ yaradır. Bu xüsusda enerji sahəsində əməkdaşlıq xüsusi önəm daşıyır.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə çərçivəsində Macarıstanla qurulan münasibətlər həm ölkəmizin ixrac imkanlarını genişləndirir, həm də onun beynəlxalq nüfuzunu artırır. Bundan əlavə, səfər çərçivəsində təhsil, yüksək texnologiyalar və kənd təsərrüfatı kimi sahələrdə də əməkdaşlığa dair müzakirələr aparılıb. Bu sahələr üzrə birgə layihələr, tələbə mübadiləsi proqramları və texnoloji innovasiyalar Azərbaycan üçün yeni imkanlar deməkdir. Ümumilikdə, cənab prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri Azərbaycan-Macarıstan münasibətlərinə yeni dinamizm gətirərək, ölkəmizin Avropa məkanında etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Bu səfər Azərbaycanın xarici siyasətində balanslaşdırılmış və milli maraqlara əsaslanan yanaşmanın daha bir uğurlu nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsi və əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bakıxanov qəsəbəsi, 74 saylı tam orta məktəbin
ibtidai sinif müəllimi İradə Məlikova



Oxşar xəbərlər