AZƏRBAYCAN-ALBANİYA ƏLAQƏLƏRİ

AZƏRBAYCAN-ALBANİYA ƏLAQƏLƏRİ Azərbaycan və Albaniya arasında diplomatik münasibətlər 1993- cü ildə qurulub. Gələn il 30 ili tamam. olacaq münasibətlərin ildönümünü qeyd etmək üçün gələn il Albaniyada “Azərbaycan Həftə”-sinin keçirilməsinin planlaşdırılması Albaniyanın iki dövlət arasında əməkdaşlığa göstərdiyi diqqət və qayğının təzahürüdür.
Diplomatik əlaqələrlə yanaşı iki dövlət arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün hər iki tərəf birgə fəaliyyət göstərir. İqtisadi əlaqələrin əsasını enerji sahəsində əməldaşlıq təşkil edir. Xüsusilə Trans-Adriatik Boru Kəməri layihəsinin həyata keçirilməsi iki dövlət arasında əməldaşlığı daha da artırıb.
Beynəlxalq təşkilatlarda Azərbaycan və Albaniya dövlətlərinin əməkdaşlığı iki dövlət arasında olan diplomatik və dostluq əlaqələrini daha da genişləndirir. Ərazi bütövlüyünün tanınması Azərbaycanın qırmızı xəttidir. Albaniya hər zaman ədalətli siyasət yeridərək Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmış və dəstəkləmişdir. Azərbaycan Albaniyanın bu ədalətli mövqeyini hər zaman diqqətdə saxlamış və yüksək qiymətləndirmişdir.
Azərbaycan və Albaniya arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin təşkil edilməsinin də böyük rolu olmuşdur. Albaniya bir neçə dəfə Azərbaycana rəsmi səfərlər etmişdir. Eyni zamanda Prezident İlham Əliyevin cari ilin noyabrın 15- də Albaniyaya rəsmi səfərini buna misal göstərə bilərik. Bu Prezident İlham Əliyevin Albaniyaya ilk rəsmi səfəridir. Səfərin əsnasında iki dövlət arasında əməkdaşlığı daha da inkişaf etdirmək, diplomatik və iqtisadi münasibətlərin genişlənməsi çərçivəsində dialoqlar aparılmışdır. Səfər zamanı Prezident İlham Əliyev mətbuata verdiyi geniş bəyanatında iki dövlət arasında bir çox sahələrdə genişlənən əlaqələri diqqətə çatdırmışdır.

72 nömrəli məktəb-liseyin tarix müəllimi Həsənzadə Damla

Oxşar xəbərlər