
Azərbaycan və Macarıstan respublikaları arasındakı diplomatik əlaqələr Azərbaycanın Sovetlər Birliyindən ayrılaraq öz müstəqilliyini bəyan etməsindən 1 il sonra yarandı.
Macarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabrda tanımışdır.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 27-də qurulmuşdur.
2009-cu il yanvarın 12-də Macarıstanın Azərbaycandakı səfirliyi yaradıldı. İlk səfir Jeno Boroş olub. 2010-cu il dekabrin 14-den Cənab Zsolt Cutora Macaristanın Azərbaycandakı səfiridir. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü il sentyabr ayında açılıb. Hal-hazırda Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevdir.
Dövlət başçısı İlham Əliyevin xarici ölkələrə hər bir səfəri, mötəbər beynəlxalq tədbirlərdə çıxışı Azərbaycanın bu və ya digər sahələrdə mövcud imkanlarının, eyni zamanda, 30 illik işğal və tarixi Zəfərimizdən ötən dövrün reallıqlarının təqdimatı olur: “Mətbuata bəyanatında İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldığını önə çəkən dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik. İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının təşəbbüskarı, sülh müqaviləsinin mətninin müəllifi də Azərbaycan oldu. Məhz bu mətn bu gün Ermənistan tərəfindən müəyyən düzəlişlərlə qəbul edilib”.
Azərbaycan və Macarıstan əlaqələri daim yüksələn xətlə inkişaf edir. İki dost və tərəfdaş kimi birgə fəaliyyətimiz dövlətimiz tərəfindəndə daim dəstəklənir.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Nəzakət Əzizzadə