Azərbaycan müstəqillik əldə etdikdən sonrahəm qonşu dövlətlərlə həm də digər dünya dövlətləri ilə mühriban münasibətlərin yaradılmasına səy göstərmişdir. Digər dövlətlərlə mehriban əlaqələtin yaradılması ölkəmizin xarici siyasətində əsas istiqamətlərdən birini təşkil etmişdir. Dövlət sərhədlərimizə, suverenliyimizə hörmət edilməsi Azərbaycanın qırmızı xəttidir.
Misir və Azərbaycan münasibətləri yüksələn xətt üzrə inkişaf edir. İki ölkə arasında münasibətlərin inkişafına təkan verən əsas səbəblərdən biri də dövlətlərarası rəsmi səfərlərin təşkil edilməsidir. Belə səfərlərdən biri də iyun ayının 8-də Prezident İlham Əliyevin Qahirəyə rəsmi səfəri olmuşdur. Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhvə verəcək.
Hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq müxtəlif istiqamətləri əhatə edir və qarşılıqlı münasibətlərin daha da dərinləşməsi istiqamətinə yönəldilmişdir.
Səfər zamanı Misir-Azərbaycan əlaqələrinin daha da dərinləşməsini nəzərdə tutan bir çox sahədə əməkdaşlıq haqqında sənədlər imzalanmışdır. Bu sənədlər iki ölkə arasında münasibətləri daha da dərinləşdirəcək. Bunlara idman, enerji, neft və mineral ehtiyyatlar, iqtisadi, informasiya və kammunikasiya texnologiyaları və sahələrdə əməkdaşlıq aitdir.
Misir və Azərbaycan arasında siyasi dialoqun yüksək səviyyədə inkişafı, qarşılıqlı əlaqələrin gələcəkdə daha da inkişafına zəmin yaradır.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə