Əkinçi qəzeti mətbuatımızn mənəvi sərvətidir

Əkinçi qəzeti mətbuatımızn mənəvi sərvətidir Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən bəy Zərdabi böyük ziyalılıq, vətənpərvərlik göstərərək əsrlərə qovuşacaq bir yeniliyə, ilkə imza atdı və milli mətbuatımızın təməlini qoyan "Əkinçi" qəzetinin ilk nömrəsi nəşr olundu. Bu ölkə həyatında böyük əks-səda doğurdu. Hünər, cəsarət tələb edən bir zamanda təqibləri gözünə almayan ziyalının görkəmli simalar məsləkdaşı, silahdaşı oldu. Bu adlar sırasında imzası Azərbaycan ictimai-mədəni mühitinə yaxşı tanış olan insanlar - Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov kimi simalar var idi. Dövrünün görkəmli maarifçiləri olan bu və ya digər şəxsiyyətlər "Əkinçi" qəzetinin səhifələrində maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai-siyasi və bədii fikrin inkişafına təsir edəcəək məqalələrlə çıxış edirdilər. Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas alim Zərdabi bütün həyatını xalqının maariflənməsinə, onun elmi biliklərə yiyələnməsinə həsr etmişdir. O, məqsədinə çatmaq üçün isararlı olaraq mücadilə edirdi. Təbii ki, Həsən bəy Zərdabinin gördüyü işlərin hamısı millətin tərəqqisi naminə idi. Hər addımında vətənpərvərlik özünün biruzə verirdi. Əlbəttə ki, mətbuatın olması o dövr üçün zəruri idi. O ana dilində qəzet nəşr etmək fikrinə hələ Qubada, mahal məhkəməsinin katibi işlədiyi dövrdə gəlmişdi. Çar Rusiyasında 1865-ci ildə qəbul olunmuş "Senzura haqqında qəti qanun"dan sonra mətbuatda nəşrin qeydə alınması və çapı olduqca çətin iş idi. Lakin çar idarələrindəki süründürməçilik, hərc-mərclik Zərdabinin qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı. Qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də "Əkinçi"nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli dövri mətbuatın əsası qoyuldu. Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoydular. "Əkinçi"nin ilk nömrəsində Zərdabi "Daxiliyyə", "Əkin və ziraət", "Elmi xəbərlər", "Tazə xəbərlər" bölmələrini olacağının yazırdı. "Əkinçi" xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə misilsiz işlər görürdü. Məlum olduğu kimi, qəzetin cəmi 56 sayı işıq üzü gördü və qəzet ayda iki dəfə 300-400 tirajla nəşr edildi. Cəmi 2 il fəaliyyət göstərsə də, xalqımızın mədəniyyət tarixində böyük ad qoyan "Əkinçi" qəzeti Azərbaycan tarixinə yazılan şərəfli səhifələrdən biridir.
Nəbi Hacıyev-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər