Azərbaycanda azad mətbuatın inkişafı üçün hər cür şərait yaradılıb

Azərbaycanda azad mətbuatın inkişafı üçün hər cür şərait yaradılıb
Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən mətbuatımız 150 yaşını qeyd edir. Hər zaman qeyd etdiyimiz kimi, hər bir bayram, əlamətdar gün keçilən yolun hesabatı kimi dəyərləndirilir. Azərbaycan mətbuatının inkişaf tarixindən bəhs edərkən müstəqilliyimizin bərpasından sonrakı dövrün reallıqları, daha dəqiq desək, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövr göz önünə gəlir və bu fikri böyük əminliklə qeyd edirik ki, digər sahələr kimi, mətbuatımızın da inkişafı Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində söz və mətbuat azadlığını, plüralizmi məhdudlaşdıran maneələr aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. Ümummilli Lider bu çağırışı etmişdir ki, demokratik cəmiyyətin varlığnı təsiqləyən bütün atributlar ölkəmizdə təsbit olunmalıdır. Demokratik inkişafı strateji kursumuzun əsası kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyevin demokratik islahatlarının nəticəsidir ki, bu gün dünya Azərbaycanın demokratiya təcrübəsindən bəhs edir.
Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu qayğı və diqqətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.Söz və mətbuat azadlığı hər bir ölkədə, ilk növbədə, insanların müstəqil düşüncə ifadə etmək arzusunu gerçəkləşdirir, cəmiyyətdə fikir müxtəlifliyinə, aşkarlığa, həqiqəti üzə çıxarmağa imkan verir. Bu azadlıqlar tam demokratik idarəetmənin qaydaya salınmasında, istənilən siyasi mübahisənin müzakirələr yolu ilə həllinə, hər bir fərdin özünüifadəsinə şərait yaradır. Mətbuatımızın müstəqillik dövrü fəaliyyəti xüsusilə zəngindir və ölkəmizin ictimai-siyasi, mədəni həyatında, milli həmrəyliyin möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində kütləvi informasiya vasitələri mühüm rol oynayır. 2020-ci il sentyabrın 27-də təcavüzkar erməni ordusunun Azərbaycanı müxtəlif mövqelərdən atəşə tutması ilə başlayan II Qarabağ müharibəsi isə növbəti sınaq olub. Azərbaycan jurnalisti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam edən 44 günlük müharibə dövründə həm ön, həm də arxa cəbhədə yorulmadan fəaliyyətini davam etdirib. Müharibə bölgələrindən canlı bağlantılar, tarixi qələbələrə və zəfərlərə dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırılıb. Sonrakı dövrdə də Azərbaycan həqiqətlərinin işıqlandırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti danılmazdır.
Elmar Allahverdiyev-Tərəvəzçilik Elmi Tədqiqat İnstitunun direktoru

Oxşar xəbərlər