Milli mətbuatımız müstəqillik tariximizin tərkib hissəsidir

Milli mətbuatımız müstəqillik tariximizin tərkib hissəsidir
Milli mətbuatımın keçdiyi yol azadlıq uğrunda apardığımızın mübarizənin tərkib və əsas hissəsidir. Mətbuatın yaradılması çox qürurverici haldır. Çünki, azadlıq ,müstəqillik uğrunda apardığımız mübarizəni milli mətbuatımız özün də əks etdirir.
XlX Azərbaycan maarifçiləri sayəsində təhsil sayəsində bəzi dəyişikliklər yarandı, maarif inkişaf dövrü yaşamağa başladı. Azərbaycan maarifçiləri xalqın savadlanması, dövrün mütərəqqi ideyaları ilə tanış olmaları üçün mətbu orqannın imkanlarını yaxşı anlayırdılar. Məhz buna görə də onlar anadilli mətbu orqan yaratmaq üçün fəaliyyətə keçdilər. Azərbaycan mətbuatı 1875 -ci il 22 iyunda görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşri ilə işıqlı bir yola başlamışdır. Bütün bu prosesləri “Əkinçi” qəzeti işıqlandırır və xalqın gözünü açırdı. Beləliklə bu preosesləri xalqa çatdıran “Əkinçi “qəzeti oldu. Məhs bu illərdə məktəblərdə Azərbaycan dili tədris olunmağa başlanıldı. “Əkinçi” qəzeti bununla Azərbaycan dilində yayımlanan və ilk dəfə durğu işarələrindən istifadə edən ilk qəzetdir. Bununla dilimizin inkişafına və Azərbaycan dil islahatına töhfə vermiş oldu.
Bu vaxtdan bəri Azərbaycan xalqının azadlıq, vətənpərvərlik ruhunun , milli şüurunun formalaşmasında “Əkinçi” qəzetinin misilsiz rolu olmuşdur. Bu qəzetdə vətənpərvərlik ruhda yazılmış şeirlər, məqalələr də öz əksini tapmışdır. Bu dövrdə yaşamış və hər zaman maarifçi fikirləri ilə seçilən , ölkənin azadlığı uğrunda mübarizə aparan, Azərbaycan teatrının banisi hesab olunan Mirzə Fətəli Axundzasənin müstəqilliyi tərənnüm edən çıxışları da qəzetdə əks edilmişdir.
Ulu öndər Heydər Əliyev hələ dövlət təhlükəsizlik orqanlarında çalışdığı vaxtlarda belə mətbuatla sıx təması iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Beləki dahi şəxsiyyət mətbuatın insanların üzərində qoyduğu təsirin güclü olduğunu çox gözəl bilirdi. Hər zaman milli mətbuatı diqqətdə saxlamış və mətbuatın demokratik düşüncə, sərbəst fikir formalaşdırmaq roluna böyük əhəmiyyət vermişdir. 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Azərbaycan Cənab prezident İlham Əliyevin 2009-cu ilin martında imzaladığı Sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq idi.
Azərbaycan mətbuatı 44 günlük Vətən müharibəsində düşmənin törətdiyi təbliğata qarşı informasiya mübarizəsi aparmış və hələ də bu işi davam etdirir. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, baş vermiş hadisələrdə həqiqətləri dünya və ölkə cəmiyyətinə çatdırmasında böyük rol oynayır.

K.Məmmədov adına 209 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi:Həsənova Könül

Oxşar xəbərlər