Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 150-dən çox adam saxlanılıb

Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən 150-dən çox adam saxlanılıb Türkiyə hüquq-mühafizə orqanları İŞİD qruplaşmasının fəaliyyətində iştirakda şübhəli bilinən 153 nəfəri saxlayıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

“Ölkəmizin 28 vilayətində jandarm birləşmələrimiz tərəfindən terror təşkilatına qarşı keçirilən əməliyyatlar nəticəsində son iki həftə ərzində İŞİD-lə əlaqədə şübhəli bilinən 153 nəfəri saxlamışıq”, - deyə o, "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Terrorçuların axtarışı ilə bağlı əməliyyatlar İstanbul, İzmir, Antalya və Adana da daxil olmaqla bir sıra şəhərlərdə təşkil olunub. Saxlanılan şəxslər İŞİD-in fəaliyyətində iştirakta, qeyri-qanuni qruplaşmanın maliyyələşdirilməsində və sosial şəbəkələrdə onun təbliğatını aparmaqda şübhəli bilinir.

Oxşar xəbərlər