Səni istəyirəm… 21+

Səni istəyirəm… 21+ Bu yazıda cəmiyyətimizdə diri-diri basdırdığımız ayrılmış, boşanmış, dul qalmış, tənha və gənc xanımlarımızın həsrətində olduğu bəzi hisslərdən, istəklərdən bəhs edilir…

Bilirsən, səni çox istəyirəm, həm fiziki cəhətdən, həm xətrini, həm mənəvi zəngin dünyası olan, xaraktercə necə varsansa, elə bir əsl insan kimi…

Evə işdən qaçaraq gəlmək, səndən tez içəri girib, evə işdən qayıtmağını gözləmək, səni gülərək və bərk qucaqlayaraq, öpərək qarşılamağın və ya işdən məni işin önündə gözləməyini, işdən götürüb birlikdə gəzməyimizin həsrətindəyəm…

Doyunca hər mövzuda danışaq, arada mübahisə edək, zarafatlaşaq, bəzi zarafatlarına görə səndən bilərəkdən inciməyimin, incidiyimi bilən zaman könlümü almağının həsrətindəyəm…

İsti duş qəbul etməyi çox sevirəm, saatlarla isti suyun altında dayanar, vannada oturaram, amma sənin yanında olmağın bu həzzi və sevgini daha da artırardı… Sənlə birlikdə vanna və duş qəbul etməyimin həsrətindəyəm…

Xəstələndiyim zaman mənə qayğıkeş baxışlarınla baxmağının, isti mürəbbəli çay içirtməyinin, qızdırmamın olub-olmadığını yoxlamağının, isti odeyala bürüməyinin həsrətindəyəm…

Birlikdə filmə baxıb, onu müzakirə etmək, 18+ filmlərinə baxıb, seçimlərimizi etmək, yeni nəyisə yoxlamağa cəhd etməyin, yenilik etməyin həsrətindəyəm…

Evdə olduğum zaman gündə bir yemək bişirib süfrəyə düzmək, dadını səndən soruşmağın, sevərək yemək bişirməyin və sevərək bişirdiyim yeməyin həsrətindəyəm…

Televizor və noutun önündə başımı boynuna qoyub, yanında əyləşməyin, arada sənə sevgi və sevinc dolu baxışlarla baxmağın, əlindən tutub öpməyimin, saçlarımı barmaqlarınla daramağının həsrətindəyəm…

Gecələri yuxuya getmək üçün sənin qucaqlamağının və saçlarımla oynayıb boynumdan öpməyinin həsrətindəyəm…

Zövqümü bilirsən, seçimlərimi bilirsən, nə istədiyimi bilirsən, seçim, zövq, istəklərimiz eyni olur çox zaman, amma onları gerçəkləşdirməyin həsrətindəyəm…

Sən də ehtiraslı, mən də… Sən də odsan, mən də, bir birimizi yandırmağımızın həsrətindəyəm…

Mənə gah zərif, gah sərt toxunuşun, məni gah yumşaq, gah bərk qucaqlamağının, fərqli və ahəngdarlığı ilə xüsusi tempə malik öpüşlərimizin, dəlilik etmələrimizin həsrətindəyəm…

Yaşat məni içində, dərinliklərində, sev məni, yandır məni… Qoyma soyuyum səndən… Qoyma içimdəki od sönsün…

Yuxuma gir, yatan zaman, gözüm başqasını görməsin, qulağım başqasının səsini eşitməsin, əlim başqasına toxunmasın, dilim başqasının adını çəkməsin… Fikirlərimi zəbt et, xəyallarımı zəbt et, həyatımı zəbt et, xatirələrimi, arzularımı zəbt et, hər yerdə və hər zaman sən ol, sənin həsrətindəyəm…

İstəyirəm səni, səni hiss etmək, səni sevmək, arzulamaq, darıxdıqca, həsrətində olduqca, daha çox istəməyimin həsrətindəyəm…

Məni sərt, məni zərif, məni fərqli, məni ehtiraslı, sevgi dolu, həssas toxunuşlarınla istə, dərinlikdə, dəlicəsinə istə və bu istəyin tükənməsin…

Hər yerdə və hər vaxt istə məni, ürəyin istədiyi zaman bil ki, yalnız səninəm, mən də yalnız səni istəyirəm…

İstər meşədə, istər maşında, istər çayda, istər evdə, fərq etməz məkan, istər səhər, istər axşam, istər günorta, hər an, fərq etməz zaman, istəyirsənsə, əldə et məni, qəlbimi, fikirlərimi, arzularımı, həyatımı…

Sənin yanında əsl qadınam, sən əsl kişisən, mənimsən…

Əsl kişi və ya əsl qadınınızı axtarıb tapdığınız zaman onu belə və bundan artıq istəyin, qəlbinizlə, varlığınızla, vücudunuzla, ağlınızla, vicdanınızla…

Oxşar xəbərlər