Milli - mənəvi dəyərlər və bəşəri prinsiplər əsasında qurulan milli mətbuatımızın yarandığı gündən 146 il keçir

Milli - mənəvi dəyərlər və bəşəri prinsiplər əsasında qurulan milli mətbuatımızın yarandığı gündən 146 il keçir Bu gün Azərbaycan sivilizasiyaların qovuşduğu, bəşəriyyətin gələcəyi naminə konstruktiv dialoqların aparıldığı məkana çevrilib. Əldə etdiyimiz uğurları gördükdə hər birimizin qəlbi fərəh hissi ilə döyünür. Əslində, bu inkişaf xalqımızın minilliklər boyu yaradıb yaşatdığı milli-mənəvi dəyərlərdən güc alır. Ulu əcdadlarımızın bizə miras qoyduğu üstün dəyərlər əsrlər boyu qorunub, inkişaf etdirilib və nəsillərin yaddaşlarına hopub.

Milli - mənəvi dəyərlər və bəşəri prinsiplər əsasında qurulan milli mətbuatımızın yarandığı gündən 146 il keçir. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin Əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. Vətənpərvər ziyalı H.Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdur.

Bu gün böyük mücadilə və mübarizələrdən keçən milli mətbuatımız öz yüksəliş və inkişaf mərhələsinə gəlib çıxıb. Bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi.

Ölkəmizdə yüzlərlə mətbuat orqanı qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başlandığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998 ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaratdı. Azərbaycan Prezitendi İlham Əliyevin 2009 cu ilin marın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.

Azərbaycan dövləti obyektiv və qərəzsiz mətbuatın inkişafında maraqlı olduğunu bir daha göstərərək jurnalistikanın inkişafına şərait yaratdı.

Bu gün yalnız bölgənin deyil, həm də dünyanın ən aparıcı ölkəsinə çevrilmək iddiasını ortaya qoyan Azərbaycan dövləti bu niyyətini gerçəkləşdirmək üçün siyasi, sosial və iqtisadi prioritetləri tam olaraq yarada bilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf moderni formalaşıb. Bu modern Azərbaycan dövləti modelidir. Bu modelin əsas istiqamətlərindən biri də azad mətbuatın formalaşması və onun ictimai həyatda qarşısına qoyduğu missiyasını uğurla yerinə yetirməsidir.

Ramana qəsəbəsi, 90 nömrəli məktəbin

Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Həsənova

Oxşar xəbərlər