Laçın şəhərinin 30 il işğal altında qalmasından sonra Azərbaycanın suverenliyi bərpa edilmiş və bu torpaqlara dönüş təmin olunmuşdur

Laçın şəhərinin 30 il işğal altında qalmasından sonra Azərbaycanın suverenliyi bərpa edilmiş və bu torpaqlara dönüş təmin olunmuşdur

2025-ci il 28 may tarixində – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümündə – Prezident İlham Əliyev Laçın şəhərində tarixi əhəmiyyətə malik çıxış edib. Bu çıxış həm simvolik, həm də strateji baxımdan böyük məna daşıyırdı. Üç qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistanın birlik nümayişi, işğaldan azad olunmuş torpaqlarda dövlət başçısının nitqi və gələcəyə dair verilən mesajlar milli qürurumuzu bir daha zirvəyə qaldırdı.
Laçın şəhərinin 30 il işğal altında qalmasından sonra Azərbaycanın suverenliyi bərpa edilmiş və bu torpaqlara dönüş təmin olunmuşdur. Prezident İlham Əliyevin sözləri ilə desək, “Biz qayıtmalıydıq və qayıtmışıq.” Bu cümlə sadəcə bir fikir deyil, tarixi ədalətin bərpası, xalqın birliyinin və vətənpərvərliyinin təntənəsidir.
Dövlət başçısı çıxışında vurğuladı ki, Ermənistanın uzun illər apardığı işğalçılıq siyasəti Azərbaycan xalqına böyük faciələr yaşatdı. Lakin bu çətinliklər qarşısında Azərbaycan dövləti və xalqı əyilmədi, ədalət uğrunda mübarizəni davam etdirdi. Qələbənin əsas şərtlərindən biri isə məhz vətənpərvərlik ruhunda böyüyən yeni nəsil idi. Bu ruh Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxardı.
Prezident çıxışında eyni zamanda Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığına geniş yer ayırdı. Bu üç ölkənin birliyi təkcə diplomatik və siyasi münasibətləri deyil, eyni zamanda regional sabitliyi və təhlükəsizliyi təmin edən güclü tərəfdaşlığa çevrilmişdir. Dövlət başçısı vurğuladı: “Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!”
Bu tarixi gün və Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycanın gələcəyi parlaqdır, torpaqlarımız əzəli sahibinə qovuşmuşdur və milli birliyimiz sayəsində biz daim güclü və qalib xalq olaraq yaşayacağıq.
Bakıxanov qəsəbəsi, 96 nömrəi tam orta məktəbin
direktoru Mehriban Hacıyeva

Oxşar xəbərlər