Türkiyə Azərbaycan qardaşlığı uzun tarixi bir yol qət etmişdir

Türkiyə Azərbaycan qardaşlığı uzun tarixi bir yol qət etmişdir
Azərbaycanın uzun qədim tarixi var. Müasir dövrdə ölkəmizin yuksələn nüfuzu Ümummilli lider Heydər Əliyevə və onun davamçısı İlham Əliyevin müstəqil düşünülmüş siyasəti sayəsində qazanılıb. Son 20 ildə Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. Bütün bu proseslərdə isə qardaş Türkiyə həmişə Azərbaycanın yanında olub.
Türkiyə Azərbaycan qardaşlığı uzun tarixi bir yol qət etmişdir. Bu qardaşlıq münasibətləri uğurla inkişaf edir.
Sentyabırın 27-də başlanan II Qarabağ müharibəsində Azərbaycan 30 il ərzində mənfur düşmənimiz Ermənistanın işğal etdiyi Dağlıq Qarabağın bir çox rayonlarını işğaldan azad etdi. Noyabrın 8-də Azərbaycanın incisi olan Şuşa şəhəri işğaldan azad edildi. Şuşanın azad edilməsi ən ümdə arzu idi. Bu arzunu Ulu öndərin davamçısı İlham Əliyev gerçəkləşdirdi. Noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan 44 gün çəkən müharibənin başa çatması ilə nəticələnən birgə bəyanat imzaladılar.
II Qarabağ müharibəsinin gedişində və sonra da Azərbaycan və Türkiyə münasibətləri xarici mətbuatda çox müzakirə olunan məsələlərdən biri olmuşdur. Eyni dil, din, tarixi köklərə malik olan 2 ölkənin qardaşlığı təkcə Qafqazda deyil, bir çox ölkələrdə də qısqanclıqla qarşılandı. Bu qardaşlığın ardı olaraq 2020-ci il iyunun 15-də Azərbaycan tarixində əlamətdar bir gün oldu. Qarabağda iki dövlət Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalandı-Şuşa Bəyannaməsi.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalamış Şuşa Bəyannaməsində hərbi-siyasi, iqtisadi sahədə əməkdaşlıq öz əksini tapdı.
XX əsrin əvvəlləridə Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Heydər Əliyev demişdir”. Azərbaycan bir millət, iki dövlətdir”. Bu sözlər bizim üçün örnəkdir. İlham Əliyev Bəyannaməni imzalayarkən demişdir: “Biz bu vəsiyyətə sadiqiq və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdirdik və gələcək nəsillərə yol göstərdik”.
Türkiyə Azərbaycan birliyi, qardaşlığı ölməz və əbədidir. Bu sırada Bəxtiyar Vahabzadənin bu misralarını xatırladım:
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan,Türkiyə.

Maştağa qəsəbəsi, 187 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Sevinc Bağırova

Oxşar xəbərlər