Xankəndinin Azərbaycan nəzarətinə keçməsi, Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm bir dönüm nöqtəsidir

Xankəndinin Azərbaycan nəzarətinə keçməsi, Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm bir dönüm nöqtəsidir

15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində çıxış edən Prezident İlham Əliyevin mesajları Azərbaycanın tarixi zəfərini və gələcək inkişafını əks etdirən vacib məqamları diqqətə çatdırdı. Prezident, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad edərək, Azərbaycanın bu tarixi qələbəsini vurğuladı. O, qeyd etdi ki, Qarabağın yenidən Azərbaycan suverenliyi altında birləşməsi Ulu Öndərin illərlə davam edən strateji xəttinin və xalqımızın əzminin nəticəsidir.
Xankəndinin Azərbaycan nəzarətinə keçməsi, Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm bir dönüm nöqtəsidir. Prezidentin çıxışı həm beynəlxalq ictimaiyyətə, həm də Azərbaycan xalqına güclü mesaj verirdi: Azərbaycan əzmkarlığı və iradəsi ilə ərazi bütövlüyünü tam bərpa edib.
Bu böyük uğur yalnız hərbi zəfər deyil, eyni zamanda Azərbaycanın diplomatik mübarizəsinin nəticəsidir. Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq hüququn əsasları çərçivəsində Azərbaycan öz torpaqlarına qayıdıb və artıq Xankəndi şəhərində Azərbaycan bayrağı dalğalanır. Onun "Bu gün Ulu Öndərin və bizim Qələbəmizi görməyən bütün həyatdan gedənlərin ruhları şaddır" ifadəsi isə, keçmişin xatirəsini yaşatmaqla bərabər, gələcək nəsillərə iradə və vətənpərvərlik örnəyi olmaq mesajını özündə daşıyır.
Prezident İlham Əliyev həmçinin qeyd etdi ki, Azərbaycanın iqtisadiyyatı və ordusu güclüdür və regionda sabitlik, inkişaf üçün töhfə verən bir ölkə olaraq qalacaq. Ölkənin azad olunmuş hər bir bölgəsi yenidən qurulacaq və Xankəndi də daxil olmaqla, bu ərazilər çiçəklənəcək.
Bu mühüm hadisə, yalnız Azərbaycan üçün deyil, eyni zamanda region və dünya üçün sülhün və təhlükəsizliyin əhəmiyyətini bir daha gündəmə gətirdi. Azərbaycan xalqı öz zəfərini qeyd edir və gələcəyə böyük ümidlə baxır.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Şükürova

Oxşar xəbərlər