Azad edilmiş torpaqlarda aparılmış işlər öz miqyasına görə xüsusi xarakter daşıyır

Azad edilmiş torpaqlarda aparılmış işlər öz miqyasına görə xüsusi xarakter daşıyır Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində cari ilin 4 oktyabr tarixindəki çıxışında olduqca vacib məsələlərə toxunub.Xüsusilə İşğaldan azad edilən ərazilərimizdəki quruculuq işlərinə toxunaraq bir daha bu torpaqların əsl sahiblərinin azərbaycan xalqı olduğunu dünyanın diqqətinə çatdırıb.Qəddar düşmən 30 illik işğal altında saxladıqları ərazilərimizdə mədəni irsimizi, tarixi həqiqətləri silməyə cəhd etmişlər. Bu illər ərzində həmin yerlərdə ermənilər tərəfindən heç bir tikinti yaxud quruculuq işləri həyata keçirilməyib. Çünki düşmən çox yaxşı bilirdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və bu həqiqəti heç nə dəyişə bilməz. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Müharibədən dərhal sonra isə işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi altında böyük quruculuq işlərinə başlandı. Bu günədək bərpa işlərinə büdcədən 7 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Azərbaycan bütün yaşayış məntəqələrini yeni yanaşmalar, o cümlədən “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası əsasında bərpa etmək niyyətindədir.. İndiyədək işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin iştirakı ilə ilk yaşayış məntəqələrinin bərpasına başlanılması ilə bağlı tədbirlər keçirilib. Məhz görülən bu işlər vətəndaşlarımızın öz evlərinə qayıtdıqdan sonra daha rahat yaşamasına hesablanıb. 30 il işğalda qalan torpaqlarımıza bu gün həyat qaytarılır, məcburi köçkünlərin Vətən həsrətinə son qoyulur və uzun illərdən sonra evlərinə geri dönürlər. Hər həftə işğaldan azad olunmuş ərazilərə geri qayıdan ailələrin sevinclərini görürük. Quruculuq Proqramında məhz Cəbrayıl rayonunun da dirçəldilməsi istiqamtində işlər davam etdirilir.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova

Oxşar xəbərlər