
Ermənistan uzun illər boyu xalqımızın başına müsibətlər gətirmişdir. XX əsrin sonlarında 20 faiz torpaqlarımızı işğal edən yağı düşmən bununla kifayətlənməmiş işğalçılıq siyasətini davam etdirmişdir. Azərbaycan xalqı qələbəyə olan ümidini heç vaxd itirməmiş, Qarabağın azad olunacağı günü gözləmişdir. Və nəhayət 2020- ci ildə 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Bu qələbən Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi bacarıqları, rəşadətli ordumuz və xalqın birliyi sayəsində mümkün olmuşdur.
Azərbaycanın ərazi bütövlüynün tanınması, hər zaman dövlətlərarası münasibətlərdə qırmızı xətt olmuşdur. Yüksək səviyyətə əməkdaşlıq, dostluq mümasibətlərinin yaradılması üçün öncə tərəflər bir-birinin suveren ərazisinə tanımalıdır. Uzun illər boyu, eləcə də müharibə dövründə öz mənəvi dəstəyini daim hiss etdirən, haqq savaşında Azərbaycanın yanında olduğunu açıq şəkildə göstərən dövlətlər olmuşdur. Bu dövlərlər qardaş ölkələr Türkiyə və Pakistandır. Azərbaycan-Türkiyə-Pakistan üç qardaş ölkə əməkdaşlığı gündən-günə daha da qüvvətlənir. Prezident Cənab İlham Əliyev may ayının 28- də Laçında çıxışı zamanı demişdir: “ Yaşasın Azərbaycan-Türkiyə- Pakistan birliyi və qardaşlığı!”.
72 nömrəli məktəb-liseyin Tarix müəllimi Həsənzadə Damla