Azərbaycan və Rumıniya uzun illərdir strateji tərəfdaşdır. 1998-ci il noyabr ayının üçündə Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 2001- ci ildə isə Azərbaycanın Rumıniyada səfirliyi açılıb. Rumıniya və Azərbaycan prezidentlərinin qarşılıqlı rəsmi səfərləri iki ölkə arasında münasibətlərin dərinliyindən xəbər verir.
Rumıniya və Azərbaycan arasında siyasi mümasibətlər yüksək səviyyədə inkişaf edib. Rumıniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması iki dövlət arasında münasibətlərin daha da inkişafına zəmin yaratmışdır. Çünki ərazi bütövlüyünün tanınması Azərbaycanın qırmızı xəttidir. Hətta Rumıniya 2006-cı ildə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi ilə bağlı rəsmi görüşə ev sahibliyi etmişdir. Bu Rumıniyanın münaqişənin Azərbaycanın xeyrinə həllində maraqlı olduğunu sübut edir.
İki dövlət arasında energetika sahəsində yaxın tərəfdaşlıq mövcuddur. Bu sahədə tərəfdaşlıq energetika səhəsinin daha da inkişafına təkan verir.
Cari ilin fevral ayının ikisində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri baş tutdu. Prezidentlərin görüşü zamanı Azərbaycan-Rumıniya qarşılıqlı münasibətlərinin inkişaf istiqamətləri yenidən müzakirə edilmiş və bir çox sahədə əməkdaşlığın davam etdirilməsi diqqətə çattırılmışdır. Nəqliyyat, energetika, ticarət və s. Sahələrdə əməldaşlığın daha da inkişaf etdirilməsi Azərbaycan-Rumıniya münasibətlərində inkişafın yeni mərhələsinin başladığını göstərir.
Rumıniya Azərbaycan neftinin Avropa bazarlarına ixracında iştirak etmək istədiyini bəyan etmişdir. Nəticədə digər Avropa dövlətlərinə də Azərbaycan nefti nəql etdirəcək. Hazırda da Rumıniya- Azərbaycan əlaqələri yüksək tempdə davam edir.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə