Ukrayna, ABŞ və Avropa Rusiyaya qarşı birgə PLAN HAZIRLADI

Ukrayna, ABŞ və Avropa Rusiyaya qarşı birgə PLAN HAZIRLADI Ukrayna, ABŞ və Avropa İttifaqı ölkələri Moskva ilə Kiyev arasında gələcək hər hansı sülh sazişini dəstəkləmək üçün plan üzrə razılığa gəlib.

Bu barədə "Financial Times" mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, əgər Rusiya sülh sazişini davamlı şəkildə pozarsa, ABŞ və Avropa əsaslı və koordinasiyalı hərbi cavab verəcək.

Plana əsasən, cavab tədbirləri 24 saat ərzində başlayacaq: əvvəlcə diplomatik xəbərdarlıq ediləcək, ardından isə Ukrayna ordusu tərəfindən tədbirlər görüləcək.

Əgər hərbi qarşıdurma davam edərsə, "Financial Times" mənbələrinin bildirdiyinə görə, planın ikinci mərhələsi "istəkli koalisiya"nın müdaxiləsini əhatə edəcək.

Oxşar xəbərlər