Azərbaycan və Bolqarıstan Prezidentlərinin görüşü zamanı əməkdaşlıq haqqında bir çox rəsmi sənədlər imzalanmışdır

Azərbaycan və Bolqarıstan Prezidentlərinin görüşü zamanı əməkdaşlıq haqqında bir çox rəsmi sənədlər imzalanmışdır
Azərbaycan və Bolqarıstan arasında olan diplomatik münasibətlər uzun tarixi dövrü əhatə edir. Ötən əsrin sonlarından qurulan əlaqələr müasir dövrdə geniş çərçivədə davam etdirilir. Diplomatik münasibətlər siyasi, iqtisadi, mədəni və s sahələrdə yüksək səviyyədə inkişaf etdirilir. Həm Azərbaycanda həm də Bolqarıstanda dövlət səfirlikləri fəaliyyət göstərir.
Qarşılıqlı münasibətlərin inkişafına dövlət başçılarının eləcə də digər dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin təşkil olunması böyük töhvə verir. Bu səfərlərdən biri də mayın 8-də Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfərinin təşkil olunmasıdır.
İki ölkə arasında münasibətlərin yüksək səviyyədə davam etdirilməsində fəal siyasi dialoqun mühüm əhəmiyyəti var. Siyasi dialoqun fəal təşkil edilməsi strateji tərəfdaşlığı inkişaf etdirir.
Azərbaycan və Bolqarıstan Prezidentlərinin görüşü zamanı əməkdaşlıq haqqında bir çox rəsmi sənədlər imzalanmışdır. Əsas diqqət əməldaşlığın daha da artırılmasına, daha yaxşı nəticələrin əldə edilməsinə yönəldilmişdir.
Azərbaycan regionda əsas neft və qaz ölkəsi kimi şöhrət qazanıb. Bolqarıstanla yanaşı Avropanın əksər bölgələrinə neft və qaz ixracı həyata keçirilir. Azərbaycan artıq Avropada sadəcə neft/qaz ölkəsi kimi deyil, eyni zamanda yaşıl enerji təchizatçısı kimi fəaliyyət göstərəcək.
Eyni zamanda energetika sahəsində əməkdaşlıq yüksək səviyyədə davam etdirilir. Həyata keçirilən tədbirlər, imzalanan sənədlər iki dövlət arasında hərtərəfli inkişafın daha da genişləndirilməsinə yönəldilmişdir.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə


Oxşar xəbərlər