Türk dövlətlərinin, xalqlarının ideoloji-siyasi cəbhədə eyni mövqedən çıxış etməsi onlar arasında olan əlaqələri daha da möhkəmləndirir. Türk dövlətləri arasında oxşar mənəvi dəyərlər mövcuddur. Müstəqil Azərbaycan Respublikası elan olunduqdan sonra türkdilli ölkələr arasında əlaqələr yeni mərhələyə qədəm qoymuşdur. Türkiyə ilə yanaşı Orta Asiyada yerləşən digər türk dövlətləri ilə əlaqələr yüksək səviyyədə inkişaf etmişdir. Buna Qazaxıstanla qurulan ikitərəfli münasibətləri də misal göstərə bilərik.
Türk dövlətləri ortaq milli-mənəvi və dini dəyərlərə, tarixi köklərə, mədəniyyətə malikdir. Bu amillər özü sıx əlaqələrin qurulması üçün mühüm amillərdir.
Azərbaycan-Qazaxıstan əlaqələri hərtərəfli inkişaf edir. Dövlət və hökümət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığı daha da gücləndirir. Həmçinin, tərəflər arasımda imzalanan sazişlər ölkələrimiz arasında əməkdaşlığın yüksək tempdə inkişafına zəmin yaradır. Avqustun 24-də Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı da 20-dən artıq sənəd imzalanmışdır. Bu sənədlər tərəflər arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Səfər zamanı Cənab Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran”- “Qızıl qartal” ordeni ilə təltif edilməsi Azərbaycanla yanaşı Qazaxıstanın da ölkəmiə verdiyi yüksək dəyərin göstəricisidir. Azərbaycan-Qazaxıstan münasibətləri yaxın dostluq münasibətləri ilə yanaşı özündə sıx müttəfiqliyi də birləşdirir.
Qazaxıstan Azərbaycan-Ermənistan münasibətlərində haqq mübarizəsi aparan Azərbaycanı daim dəstəkləmişdir. Həmçinin işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurmaya öz dəstəyini göstərmişdir.
Həm Qazaxıstanla, həm də ortaq tarixə malik olan digər türk dövlətləri ilə bütün sahələrdə əməkdaşlıq əlaələrinin inkişafı və möhkəmləndirilməsi həmin dövıətlər üçün böyük imkanlar açır.
30 ildən artıqdır ki, müstəqil dövlətlər kimi dünya siyasətində fəal iştirak edən, mühüm yer tutan türk dövlətləri arasında geniş dostluq və müttəfiqlik əlaqələrinin genişləndirilməsi bütün tərəflər üçün müsbət nəticələr verəcəkdir.
Sabunçu rayonu, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə