Qara xəbər: Artım dayandı, böhran qapıda

Qara xəbər: Artım dayandı, böhran qapıda Rusiya iqtisadiyyatında böhranın miqyası rəsmən açıqlanıb.

Prezident Vladimir Putin Kremldə keçirilən iqtisadi məsələlər üzrə təcili müşavirədə şok rəqəmləri ictimaiyyətə çatdırıb. Məlum olub ki, bütün cəhdlərə baxmayaraq, 2025-ci ilin yekunlarına görə ölkə iqtisadiyyatının artımı cəmi 1 faiz təşkil edib.

Çərşənbə axşamı baş tutan toplantıda Putin iqtisadi artımın kəskin şəkildə yavaşladığını faktiki olaraq təsdiqləyib. Ekspertlər bu rəqəmi Rusiya iqtisadiyyatının "yerində sayması" və dərin durğunluq dövrünə qədəm qoyması kimi qiymətləndirirlər. 1 faizlik artım həm daxili bazarda, həm də beynəlxalq maliyyə dairələrində ciddi narahatlıq doğurub.

Müşavirədə iqtisadiyyatın bu bərbad vəziyyətdən çıxarılması yolları müzakirə olunsa da, mövcud sanksiyalar və xərclərin artması fonunda bu rəqəmin növbəti rüblərdə daha da pisləşə biləcəyi proqnozlaşdırılır.

Oxşar xəbərlər