ABŞ və İran yenidən üz-üzə: İstanbul masası qurulur

ABŞ və İran yenidən üz-üzə: İstanbul masası qurulur ABŞ və İran uzun fasilədən sonra birbaşa diplomatik təmaslara qayıdır.

Axios-un yaydığı məlumata əsasən, tərəflər arasında birbaşa görüş 6 fevral, cümə günü İstanbulda keçiriləcək.

Məlumata görə, danışıqlarda ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçi iştirak edəcək. Bu, ötən ilin yayında ABŞ–İran münasibətlərində yaşanan ciddi gərginlikdən sonra tərəflər arasında ilk birbaşa təmas olacaq.

Görüşün əsas məqsədi Vaşinqtonun şərtləri əsasında yeni nüvə sazişi imkanlarının müzakirəsidir. ABŞ tərəfi İranın nüvə proqramı ilə bağlı daha sərt öhdəliklər tələb edir, Tehran isə danışıqların sanksiyaların yumşaldılması ilə paralel aparılmasını istəyir.

Oxşar xəbərlər