İKİ TÜRK DÖVLƏTİ

İKİ TÜRK DÖVLƏTİ Müstəqil Azərbaycan Respublikası elan edildiyi dövrdən qonşu dövlətlərlə və digər dövlətlərlə siyasi, iqtisadi və diplomatik əlaqələr qurulmuşdur. Bu siyasət AXC dövründə həyata keçirilən uğurlu əlaqələrin davamı idi. Xüsusilə Türk dövlətləri arasında olan yaxın əməldaşlıq əlaqələri türkün birliyini bir daha nümayiş etdirir. Türk dövlətləri ilə əlaqələrin daha da yüksəlməsi Ulu Öndər Heydər Əliyevin prezidentlik dövrünə aitdir.
Müxtəlif dövlətlər arasında olan dostuq münasibətləri siyəsatin bir parçasıdır, ancaq türk dövlətləri arasında olan dosluq, əməkdaşlıq həqiqi qardaşlığın göstəricisidir. Bunu tərəflər hər zaman öz əməllərində sübut edir.Buna misal olaraq iyunun 21 -də Prezident İlham Əliyevin Özbəkistanın paytaxtı Daşkəndə səfərini qeyd edə bilərik. Prezident səfər zamanı Daşkənddə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Mərkəzin açılışında iştirak etdi. Daşkənddə bu Mərkəzin yaradılması həqiqətən iki dövlət arasında olan səmimi dostluq münasibətlərinin göstəricisidir.
Özbəkistanla Ulu Öndər Heydər Əliyevin dövründən başlanılan dostluq münasibətləri indi onun davamçıları tərəfindən layiqincə davam etdirilir.
Prezident cənab İlham Əliyev Özbəkistanda geniştərkibli görüşü zamanı yenidən qarşılıqlı əlaqələr müzakirə edilmiş, əməkdaşlığın daha da genişlənməsi istiqamətində addımlar müəyyənləşdirilmişdir. 44 günlük Vətən müharibəsi zamanı Özbəkistanın dəstəyi, ərazi bütövlüyümüzü tanıması iki dövlətin qarşılıqlı münasibətləri baxımından çox qiymətlidir. Həmçinin hərbi- texniki sahələrdə əməkdaşlığın inkişafı gələcək münasibətlərin inkişafı üçün əsas olacaq. Görüş zamanı imzalanan Bəyannamə iki dövlət arasında prioritetləri özündə əks etdirir, həmçinin ərazi bütövlüyünün, suverənliyin qarşılıqlı tanınması, dəstəklənməsi məsələsi öz əksini tapmışdır.

Sabunçu rayonu, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər