Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir. Bu inkişaf təsadüfən deyil, uzun illər davam edən düzgün qurulmuş daxili və xarici siyasətin nəticəsidir. Xüsusilə Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti dövlətin uzunmüddətli inkişafını təmin etmişdir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirmiş, daha da sürətli inkişafa nail olmuşdur.
Ölkəmiz 30 ilə yaxın müharibə şəraitində olmuşdur. Buna baxmayaraq daim inkişaf etmişdir. İnkişafın çoxşaxəli və planlı olması, bütün sahələrdə tədbirlərin görülməsi uzunmüddətli və sürətli inkişafı təmin etmişdir.
44 günlük Vətən müharibəsi ölkəmizi dünyaya mübariz xalq kimi bir daha tanıtdı. Ordumuzun cəsarəti dünya mediyasında böyük maraqla və heyranlıqla qarşılandı. Qələbəmiz güclü lider, rəşadətli ordu və xalqın birliyi nəticəsində təmin edildi. Hazırda ən inkişaf etmiş ölkələrin hərbi məktəblərində ordumuzun işlətdiyi yeni uğurlu hərbi taktikalar tədris edilir.
Prezident İlham Əliyev hər il olduğu kimi bu il də yerli televiziya kanallarına mühasibə verərək ilin yekunları haqqında məlumat vermişdir. Artıq bu müsahibələr ənənəvi xarakter almışdır.
2025- ci il Azərbaycan üçün uğurlu il olmuşdur. Bu uğur düzgün qurulmuş daxili və xarici siyasətin, planlı və çoxşaxəli iqtsadi inkişafın nəticəsidir. Bu uğurlu siyasət ölkəmizi hər ötən il daha da inkişaf etdirir.
72 NÖMRƏLİ MƏKTƏB-LİSEYİN TARİX MÜƏLLİMİ HƏSƏNZADƏ DAMLA