Azərbaycan xalqının taleyində müstəsna rol oynamış,dövlətçilik ənənələri formalaşdırmış milli liderləri olmuşdur.Tarixin Azərbaycan xalqına bəxş etdiyi belə dahi liderlərdən biri də Heydər Əliyevdir. H.Əliyev hakimiyyəti illərində xalqımızın daim yanında olmuş,onu çətin sınaqlardan çıxarmış,ölkəmizi inkişaf etdirmiş və dünyada tanıtmışdır. Ulu Öndər bütün həyatını xalqımızın xoşbəxtliyinə, azadlığına və tərəqqisinə həsr etmişdir.Xalqa olan sədaqətini,milli maraqlarını hər şeydən üstün tutmasını onun fəaliyyətinin bütün dövrlərində görmək olar.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyimizin təməli qoyuldu. Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkəni hərtərəfli inkişaf yoluna çıxararaq onun müstəqilliyini əbədi və dönməz etmişdir. Elə bu səbəbdən idi ki, hələ dünya çapında yetərincə tanınmayan Azərbaycan kimi kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddətdə dünya xəritəsində cəlbedici mövqeyi ilə seçilən nüfuzlu bir dövlətə çevrilə bildi.Bu dövrdə Azərbaycan elminin ,mədəniyyətinin,iqtisadiyyatının inkişafı üçün son dərəcə əhəmiyyətli qərarlar qəbul edilmişdir.O, fəaliyyətinin ilk dövründən ölkədəki sosial-iqtisadi,siyasi, mədəni prosesləri dərindən təhlil etmiş,uzun illər davam edən problemləri müzakirəyə çıxarmış,həlli yollarını göstərmiş,kadrların düzgün seçilməsinə,onlara olan tələbkarlığın artırılmasına ,idarəçilik sisteminin təkmilləşdirilməsinə daim diqqət yetirmiş,korrupsiya və rüşvətxorluğa qarşı mübarizə elan etmişdir.
Ulu Öndərin miras qoyduğu dövlətçilik ənənələrini Prezident İlham Əliyev uğurla və əzmkarlıqla davam etdirir və yeni çalarlarla zənginləşdirir.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Natəvan Nəsirova