Azərbaycan siyasi, hərbi, regional, terrorizmə qarşı, qonşu ölkələrlə münasibətdə uğurlu nəticələr göstərir

Azərbaycan siyasi, hərbi, regional, terrorizmə qarşı, qonşu ölkələrlə münasibətdə uğurlu nəticələr göstərir
Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin daxili və xarici siyasət prioritetlərini əhatə edən mühüm mesajlarla yadda qaldı. Cənab Prezident vurğuladı ki, bu cür görüşlər artıq ənənə halını alıb və cəmiyyətə görülən işlər, əldə olunan nəticələr barədə dolğun məlumat verməyə xidmət edir.Belə ki, bu müsahibədə bir çox məsələlərə toxunulmuş və 2025 ci ilin Azərbaycan üçün həm daxili , həm də xarici siyasət baxımından çox uğurlu il olmuşdur. Çünki demək lazımdır ki,Artıq 2025 ci ildən Azərbaycan -Ermənistan müharibəsinə tam formada son qoyuldu və Azərbaycan masada bir çox nailiyyətlərə imza atdı.Bu nailiyyətlərdən biri də Azərbaycan – Amerika münasibətlərinin siyasi siferada daha da yaxşılaşmasıdır.
Cənab Prezident İlham Əliyevin televiziya kanallarına verdiyi müsahibəsində də Azərbaycan – Amerika münasibətlərinə xüsusi yer verildi. Qeyd olundu ki, 2025-ci il bu əlaqələr baxımından əlamətdar dövr kimi tarixə düşüb. İki ölkə arasında strateji işçi qrupunun yaradılması barədə sənədin imzalanması münasibətlərin yeni mərhələyə keçdiyini göstərir. Zəngəzur dəhlizinin açılmasının ABŞ Prezidenti tərəfindən də dəstəklənməsi regional əməkdaşlığın beynəlxalq səviyyədə qəbul edildiyini sübut edir. özügedən dəhliz yalnız nəqliyyat layihəsi deyil, eyni zamanda Cənubi Qafqazda iqtisadi inteqrasiyanı və təhlükəsizliyi gücləndirən strateji mexanizm kimi qiymətləndirilir. ABŞ-ın bu məsələdə müsbət mövqeyi regionda uzunmüddətli sabitliyə töhfə verir. Bununla yanaşı, Prezident İlham Əliyev Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu xüsusi vurğuladı. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat marşrutları, terrorizmə qarşı mübarizə və regional sabitlik məsələlərində Azərbaycan daim məsuliyyətli mövqe nümayiş etdirib. Bu amillər Vaşinqtonun Bakı ilə əməkdaşlığa artan marağının əsas səbəbləri sırasındadır.Ümumilikdə, Azərbaycan və Amerika arasındakı əlaqələr konkret nəticələrə əsaslanan praqmatik xətt üzrə inkişaf edir.
Azərbaycanın böyük ədalətsiliyə uğradığı bir vaxtlarda beynəlxalq səviyyədə qəbul edilən 907-ci düzəliş uzun illər ölkənin inkişafına mane olmuşdur. Dövlət başçısı qeyd etdi ki, ardıcıl səylər nəticəsində bu ədalətsiz yanaşmanın aradan qaldırılması mümkün olub. ABŞ-da administrasiya dəyişikliyindən sonra regional vəziyyətin də əhəmiyyətli dərəcədə dəyişdiyi vurğulandı. Amerika üçün də bölgədə gücə sahib olan ölkə ilə əlaqələri möhkəmləndirmək uğurlu bir addım idi. Müsahibə zamanı 907 – ci maddə haqqında cənab Prezident İlham Əliyev bildirmişdr:” Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907 -ci düzəlişə son qoydu,bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır.”
Beləliklə Azərbaycan günü-gündən olduğu bölgədə ,həm də ümumiyyətlə dünya səviyyəsində bir çox inkişafda olan ölkələri ötməsi ilə uğurlu siyasət nümayış etdirir və bu dünya üzrə öndə olan Amerika üçün maraqlıdır. Azərbaycan siyasi, hərbi ,regional, terrorizmə qarşı , qonşu ölkələrlə münasibətdə uğurlu nəticələr göstərir və bu digər ölkələrin gözündə qaçmır.
Müsahibədə qeyd olundu ki, Azərbaycan öz müstəqil siyasət kursunu qorumaqla yanaşı, Amerika ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafında maraqlıdır. İki ölkə arasında əməkdaşlığın gələcəkdə iqtisadi, təhlükəsizlik və diplomatik sahələrdə daha da genişlənəcəyi gözlənilir.
Prezident İlham Əliyev müsahibəni Azərbaycanın gücünün və məsuliyyətli siyasətinin artıq beynəlxalq aləmdə açıq şəkildə qəbul edildiyini vurğulayaraq yekunlaşdırdı. O bildirdi ki, ölkə həm iqtisadi, həm də hərbi potensialını ardıcıl şəkildə artırmaqla milli maraqlarını etibarlı şəkildə qorumağa davam edəcək.

Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Könül Həsənova


Oxşar xəbərlər