Azərbaycan tarixən çox keşməkeşli, çətin tarixi yollardan keçmişdir. Ölkənin coğrafi mövqeyi, siyasi əhəmiyyəti, iqlimi, faydalı qazıntıları və s. səbəblərdən hər zaman düşmənin hücum hədəfi olmuşdur. Bu prosses lap qədim zamanlardan müasir dövrə kimi davam etmişdir.
Hər bir dövlətin tarixində böyük iz qoymuş, xilaskara çevrilmiş şəxsiyyətlər olur. Ulu öndər Heydər Əliyev də məhz bu tarixi şəxsiyyətlərdən olmuşdur.
1991-ci il oktyabr ayının 18-də, çoxdan gözlənilən tarixi hadisə baş verdi. Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdi. 1991-1993-cü illərdə hakimiyyətdə olan iqtidar baş verən hadisələri düzgün qiymətləndirə bilmir, xalqın gözündə nüfuzdan düşür, ölkəni yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Uzun illərdir müstəqillik arzusu ilə yaşayan xalqımız yenidən belə təhlükənin yaranmasını istəmirdi. Azərbaycan xalqı çıxış yolunu yalnız Ulu öndər Heydər Əliyevin simasında görürdü. 1992-ci ilin oktyabrında Azərbaycanın bir qurup ziyalısı Ulu öndər Heydər Əliyevə yenidən hakimiyyətə qayıtması üçün müraciət etmişdir. 1993-cü ilin iyun ayında ölkəmizin həqiqətən təhlükə qarşısında olduğunu görən Ulu Öndər bu müraciəti qəbul etdi və Azərbaycana gəldi.
Hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev uzaqgörən siyasəti nəticəsində, qısa müddətdə hərtəfəli islahatlar keçirmiş, ölkədə içtimai-siyasi sabitliyi bərqərar etmişdir. 1993-ci il oktyabr ayının üçündə keçirilən Prezident seçkilərində Ulu öndər Heydər Əliyevin Azərbaycan Respublikasının prezidenti seçilməsi xalqımız, dövlətimiz üçün mühüm tarixi hadisə idi. Bundan sonra müstəqil Azərbaycanın siyasi-iqtisadi, hüquqi suverənliyi əsaslı şəkildə möhkəmlənmişdir.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə