Türkün gücü tükənməzdir

Türkün gücü tükənməzdir
Dünyada baş verən siyasi prosseslər Türk dövlətlərinin daha da sıx əlaqələr qurmasını tələb edir. Nəticədə artıq dünyada yeni regional güc formalaşıb. Ulu Öndər Heydər Əliyev türk dövlətlərinin birliyinə xüsusi önəm vermiş, hər zaman bunun üçün çalışmışdır. Prezident İlham Əliyev bu yolu uğurla davam etdirir.
Türk dövlətləri ilə qarşılıqlı münasibətlərin inkişafı xarici siyasətin önəmli istiqamətlərindən biridir. Bu münasibətlər sadəcə siyasi və diplomatik istiqamətsə deyil, həmçinin dostluq və qardaşlıq çərçivəsində inkişaf edir.
Bütün bunlarla yanaşı türk dövlətləri arasında iqtisadi tərəfdaşlıq inkişaf edir. Türk dövlətləri böyük iqtisadi potensiala malikdir. Həmçinin əməkdaşlıq ticari, mədəni, nəqliyyat, energetika, müdafiə, turizm və s sahələrdə uğurla inkişaf etdirilir.
Azərbaycan demokratik dəyərlərə hər zaman yüksək qiymət vermişdir. Ərazi toxunulmazlığı hər zaman Azərbaycanın qırmızı xətti olmuşdur. Azərbaycan özü suverən dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığı kimi, bunu qarşılıqlı şəkildə tələb etmişdir. Bütün Türk dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və hörmət edir. İkinci Vətən müharibəsi zamanı da bu dövlətlər Azərbaycanın haq savaşında yanında olmuş, öz dəstəklərini göstərmişdilər.
Dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Belə siyasi vəziyyətdə Türk dövlətlərinin birlik göstərməsi, bir yumruq kimi birləşməsi çox önəmli amildir. Türkün gücü tükənməzdir.


Bakıxanov qəsəbəsi, 72 nöməli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər