Xalqımız hər zaman Ulu Öndər Heydər Əliyevi milli qürur və iftixar hissi ilə xatırlayacaq

Xalqımız hər zaman Ulu Öndər Heydər Əliyevi milli qürur və iftixar hissi ilə xatırlayacaq
Hər bir müstəqil dövlətin tarixində dərin iz qoyan, milli qürur və iftixarla yad edilən, illər keçsə də xidmətləri qürurla xatırlanan şəxsiyyətlər olur. Ulu Öndər Heydər Əliyev də bu şəxsiyyətlərdən biridir.
Ötən əsrin 90- cı illərində müstəqilliyini yenidən bərpa edən Azərbaycan müxtəlif daxili və xarici səbəblərə görə öz müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üz-üzə qalmışdır. Belə çətin vəziyyətə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı bu çətin vəziyyətdən xilas etmiş və ölkəmiz uzunmüddətli inkişaf yoluna qədəm qoymuşdur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Ulu Öndər hüquqi dövlət quruculuğuna, inasanların hüquq və azadlıqlarının bərqərar olmasına zəmin yaratmışıdır.
Qısa zamanda inkişafın əldə edilməsinin əsas səbəbi uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi çoxsahəli və düzgün həyata keçirilən islahatlar proqramı olmuşdur. Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması və dünya iqtisadiyyatına inteqrasiya edilməsi, xarici dövlətlərlə yaxın diplomatik münasibətlərin qurulması, bazar iqtisadiyyatının qurulması, aqrar islahatların keçirilməsi, ordu quruculuğu Heydər Əliyevin fəaliyyətində əsas istiqamətlər olmuşdur. Keçirilən islahatlar və tədbirlər nəticəsində kiçik bir ölkə olan Azərbaycan bütün dünyada tanınan qüdrətli bir dövlətə çevrilmişdir.
Ulu Öndər Heydər Əliyev Ermənistanın yeritdiyi işğalçılıq siyasətinin, törətdiyi qırğınların dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətləri olmuşdur. Azərbaycan-Ermənistan münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll edilməsi Heydər Əliyevin məsələnin həllində qarşıya qoyduğu əsas vəzifə olmuşdur.
Görkəmli dövlət xadimi, uzaqgörən siyasətçi olan Ulu Öndər Heydər Əliyev uğurlu daxili və xarici siyasəti ilə sadəcə müstəqillik dövründə deyil, bütün dövrlərdə vəzifəsinin öhdəsində uğurla gəlmişdir. Xalqımız hər zaman Ulu Öndər Heydər Əliyevi milli qürur və iftixar hissi ilə xatırlayacaq.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
Tarix müəllimi Damla Həsənzadə





Oxşar xəbərlər