Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət cəmiyyətimizin bütün təbəqələrinin maraqlarını əhatə edir

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət cəmiyyətimizin bütün təbəqələrinin  maraqlarını əhatə edir
Azərbaycan Respublikası öz müstəqilliyini elan etdikdən sonra sosial-iqtisadi, siyasi, mədəni sahələrdə dinamik şəkildə inkişaf yolu keçmişdir. Lakin Müstəqilliyimizin ilk illərində ölkəmiz bir sıra problemlərlə üz üzə idi. Qarşıda duran əsas məqsəd dövlətin sosial-iqtisadi və siyasi çətinliklərini həll etmək, xarici siyasət fəaliyyətində əsas və mühüm vəzifələri yerinə yetirmək, dünyaya inteqrasiya etmək idi. Digər tərəfdən isə ermənistan təcavüzünün nəticələri aradan qaldırımalı, ölkəmizin ərazi bütövlüyü təmin edilməli idi. Bunun üçün isə ardıcıl və düşünülmüş siyasət lazım idi.
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını Ulu Öndərimiz Heydər Əliyev qoymuşdur və bugün onun layiqli davamçısı isə Cənab İlham Əliyevdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət cəmiyyətimizin bütün təbəqələrinin maraqlarını əhatə edir. Ölkəmizin hər bir sahəsində inkişaf dinamik xarakterlidir. Cənab İlham Əliyev ”Azərbaycan Respublikasının sosial iqtisadi inkişafının sürətləndirilməsi haqqinda” 2003, 2009, 2019-cu illərdə fərmanlar imzalamışdır. Bunun nəticəsidir ki, son illərdə dövlətimizin siyasi-iqtisadi müstəqilliyi daha da artmış və dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilmişdir.
Qəbul edilmiş dövlət proqramına əsasən Azərbaycanın bütün bölgələrində müasir standartlara cavab verən sosial müəssisələrin tikintisi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun təmin olunması, həyata keçirilən düzgün siyasətin nəticəsidir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin, iş yerlərinin yaradılması, İdman Komplekslərinin açılması, “ASAN xidmət”in fəaliyyəti inkişafin təzahürüdür. “ASAN xidmət” 2012 ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində yaradılmışdır. “ASAN xidmət” dünyada Azərbaycan brendi kimi tanınır.
Azərbaycan böyük zəfərlə bitirdiyi Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası ilə əlaqədar Strateji Fəaliyyət Planı qəbul edib. Bu plana əsasən həmin ərazilərdə tikinti quruculuq və bərpa işləri sürətlə davam edir. Burada regionun gələcəkdə beynəlxalq əhəmiyyətini artıracaq hava limanları tikilir.
Cənubi Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan bu regionun iqtisadiyyatının 85 faizini təşkil edir. Bu sahədə ozünü daha da inkişaf etdirən Azərbaycan öz məhsullarının ixrac coğrafiyasını genişləndirir və yüksək keyfiyyət standartlarına malik yerli məhsulları “Made in Azerbaijan” adı altında xarici bazarlara çıxarır.
Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında ən qabaqcıl yerlərdən birini tutur. Əlbəttə bütün bu nəaliyyətlərin əsasında güclü lider fenomeni dayanır.


Bakıxanov qəəbəsi. 72 saylı məktəb liseyin
Tarix müəllimi Aygül Əfəndiyeva

Oxşar xəbərlər