Müharibədən sonra bir çox şəhid ailələrinə, müharibə əlillərinə mənzillər verilməsi, əlil olan hərbiçilərin protezlə təmin olunması dövlətin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir

Müharibədən sonra bir çox şəhid ailələrinə, müharibə əlillərinə mənzillər verilməsi,  əlil  olan hərbiçilərin  protezlə təmin olunması dövlətin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir 15 iyul tarixində 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirildi. Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı cari ildə ölkənin inkişaf istiqamətlərini yenidən diqqət mərkəzinə çatdırdı. Bu müşavirə onu göstərdi ki, cari ilin birinci yarısı qarşıya qoyulan vəzifələr yerinə yetirilib, uğurlu inkişaf davam etdirilib.
Azərbaycan uzun illərdir beynəlxalq aləmdə geniş nüfuza malikdir. Son illər biz bu nüfuzun daha da artdığını müşahidə edirik. Bu Prezident Cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı ordumuzun yenilməzliyi, qüdrəti, cəsarəti, xalqımızın birliyi və Prezidentimizin uğurlu xarici siyasəti Azərbaycanı bütün beynəlxalq aləmə yaxından tanıtdı.
Azərbaycanın Qoşulmama Hərəkatına sədirliyi və bunun 2023-cü ilə qədər uzadılması əlbbəttə ki, bizim beynəlxalq aləmdə qələbəmizdi. Bu onu göstərir ki, Azərbaycan öhdəsinə düşən bütün vəzifələri tam yerinə yetirib və daha böyük uğurlar əldə edib.
Müşavirədə son altı ay ərzində hərbi sahədə aparılan islahatlar xüsusilə diqqət mərkəzinə çatdırıldı. Cari ildə bir sıra dövlətlərdən hərbi texnika, silah-sursat alınması, ordu quruculuğunda struktur dəyişikliklərinin edilməsi diqqət mərkəzindədir. Hərbiçilərin sosial müdafiyəsi hər zaman dövlətin diqqət mərkəzində saxlanılır. Müharibədən sonra bir çox şəhid ailələrinə, müharibə əlillərinə mənzillər verilməsi, əlil olan hərbiçilərin protezlə təmin olunması dövlətin müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. İşğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma prossesi cari ildə də sürətlə davam etdirilir, sakinlərin köçürülməsi üçün son işlər tamamlanır.
Azərbaycanın geniş enerji mənbələrinə, neft və qaz yataqlarına malik olması qədər ondan düzgün istifadə də önəmlidir. Bunun üçün yaxın illərdə və cari ildə həyata keçirilən müxtəlif layihələr bu mənbələrdən səmərəli və yararlı istifadə imkanları yaradır.

72 nömrəli məktəb-liseyin tarix müəllimi, Həsənzadə Damla


Oxşar xəbərlər