İqtisadi inkişafın təmin edilməsi əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə zəmin yaratmışdır

İqtisadi inkişafın təmin edilməsi əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə zəmin yaratmışdır Dövlətin idarə olunması ilk öncə dövlət başçısının möhkəm siyasi iradəsinin olmasını tələb edir. Çünki ölkənin beynəlxalq arenada tanınması siyasi bacarıqlar tələb edir. Biz güclü siyasi iradəni Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin timsalında görürük. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri zamanı cənab İlham Əliyev 86,02 faiz səs toplayaraq 8 namizəd içərisində qalib gəlmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyevin Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini toplaması xalqın prezidentimizə dəstəyinin göstəricisidir. İlk dəfə 2003 -cü ildə prezident seçilən cənab İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi daha da güclənmiş, ölkəmiz böyük inkişaf yolu keçmişdir. Necə deyərlər, “Xalqın gözü tərəzidir”. Seçkilər zamanı bu bir daha sübut olundu. Əslində xalqımız bununla demokratiyaya səs vermiş oldu.
Ölkəni inkişaf etdirməyin əsas yollarından biri də davamlı iqtisadi inkişafı təmin etməkdir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Xüsusilə neft-qaz sektorunda olan inkişafa xüsusi diqqət yetirilmişdir. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilmişdir. Bundan başqa 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. Azərbaycanın bu sektordan olan gəlirləri dəfələrlə artmışdır.
İqtisadi inkişafın təmin edilməsi əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə zəmin yaratmışdır. 2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb.
Bu illər sadəcə iqtisadi inkişaf dövrü kimi yox həm də Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. “Aprel döyüşləri”, “Tovuz döyüşləri”, ən əsası da “44 günlük Vətən müharibəsi” zamanı biz bunun tam şahidi olduq. Bu qələbələr müzəffər ordumuz və Cənab İlham Əliyevin müdrik siyasətinin nəticəsidir. Çünki müharibə həm döyüş meydanında, həm də siyasi arenada gedirdi. Azərbaycan hər iki cəbhədə qalib gəldi.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər