Eyni soykökə, mədəniyyətə və ənənələrə malik Qırğızıstanla Azərbaycan arasında qardaşlıq, əməkdaşlıq münasibətləri tarixin bütün zamanlarında qarşılıqlı hörmət və ehtiram üzərində qurulub. SSRİ-nin süqutundan sonra ölkələrimiz arasında diplomatik əlaqələr 1993-cü ildən başlanılıb. Lakin ilk dövrlər münasibətlər arzulanan səviyyədə olmasa da, sonrakı vaxtlarda yüksələn xəttlə inkişaf dinamik xarakter alıb.
Ulu öndər Heydər Əliyevin Prezident kimi qırgız həmkarı ilə görüşləri, iki ölkə arasında qəbul olunan qərarlar münasibətlərin sürətli inkişafına mühüm töhfələr verib.
Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi illərində bu strategiyaya sadiqliyi nəticəsində Azərbaycan türk dünyasının aparıcı ölkələrindən birinə çevrildi.
Ötən gün Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri, keçirilən görüşlər də əlaqələrin bütün sahələrdə inkişafından xəbər verdi.
Qırğız Respublikasının dövlət başçısının respublikamıza səfərini yüksək qiymətləndirən ölkə rəhbəri İlham Əliyev dost, qardaş dövlətlə bütün sahələrdə fəal qarşılıqlı əlaqələrin qurulmasına toxundu. Eyni zamanda, Prezident Sadır Japarovun səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirdi. Prezident İlham Əliyev iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin əməkdaşlığı keyfiyyətcə daha yeni səviyyəyə çatdıracağını da vurğuladı.
Gələn il Qırğız Respublikası ilə diplomatik münasibətlər qurulmasının 30 illiyinin qeyd ediləcəyəni bildirən Azərbaycan Prezidenti bunu tarixi hadisə adlandırdı. Ölkəmizin başçısı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdıgını qeyd edərək, belə bir hadisənin əlamətdardarlığını xatırladaraq, ötən 29 il ərzində iki dövlət arasında münasibətlərin ilk dəfə bu səviyyəyə yüksəldiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev, eyni zamanda, strateji tərəfdaşlıgın böyük üstünlüklər verəcəyini və beynəlxalq qurumlarda iki ölkənin bir-birinin maraqlarını müdafiə edəcəyini önə çəkdi.
Ölkəmizə səfərindən məmnunlugunu bildirən Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu münasibətlərin əsasının dünya şöhrətli tarixi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyuludugunu vurğulayaraq, əməkdaşlığı daha fəal şəkildə davam etdirməyin vacibliyinə diqqət çəkdi.
Qarşılıqlı əlaqələrin keyfiyyətcə yeni səviyyəyə çatdırılması üçün hər cür şəraitin mövcudluğunu qeyd edən ali qonaq iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri qurulması istiqamətində Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirdi. Bundan başqa Qırgız Prezidenti yaradılan dövlətlərarası şuranın ölkələr arasında əməkdaşlığın möhkəmlənməsinə şərait yaradacağına da əminliyini vurğuladı.
Yeri gəlmişkən, bu gün iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafı nəticəsində ticari-iqtisadi sahədə əməli əməkdaşlıq üçün geniş imkanlar yaradılıb. Belə bir əlverişli mühit bu dövlətlər arasında iqtisadiyyatın liberallaşdırılmasına yönələn addımların atılması zəruriliyini önə çıxarıb. Buna görə də Qırgız Respublikasının dövlət başçısı Azərbaycanın biznes dairələrini qardaş ölkədə azad iqtisadi zonaların, güzəştli vergi və gömrük rejimlərinin öyrənilməsinə diqqəti artırmağa dəvət edib.
Göründüyü kimi, Azərbaycan tək regionda deyil, türk dünyasında da aparıcı mövqeyini qoruyaraq, mühum addımlar atır, təşəbbüslər göstərir.
Bütün bu diplomatik uğurlar isə Prezident İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində davam edən iqtisadi inkişafla vəhdət təşkil edərək, Azərbaycanı lider ölkələr sırasına çıxarır.
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə