2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Qardaşlığın rəmzi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır. İmzalanmış Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir.
Erməni işğalından azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması qardaşlığın əbədiləşdirilməsinin təcəssümüdür. Tarixi dostluq, qarşılıqlı etimad, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan demişdir: "Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir: "Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir".
Azərbaycanla Türkiyə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə çatması bir çox müddəalarda öz əksini tapıb. Hər iki ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi, xarici təhdid, hücum və təcavüzə qarşı bir-birini müdafiə, birgə hərbi sənaye məhsullarının istehsalı görüləcək işlər sırasındadır. Həmçinin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə birgə iclaslarının keçirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, Qarabağ quruculuğunda birgə fəaliyyət, informasiya müharibəsində birgə addımlar, diasporların birgə iş, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsini qeyd edə bilərik. Bəyannamədə mühüm geosiyasi əhəmiyyətə malik nəqliyyat layihələri ilə əlaqədar Zəngəzur dəhlizinin açılması ilə bağlı ifadələrin çox açıq şəkildə öz əksini tapması çox böyük əhəmiyyətə malikdir. Bu da ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyət nəticəsində mümkün olmuşdur.
Şuşa Bəyannaməsi onsuz da yaxın və möhkəm olan Azərbaycan – Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoydu. Bu Bəyannamə hər iki dövlətin xalqlarımız arasındakı çoxəsrlik münasibətlərə, qardaşlığa, dostluğa, yüz il əvvəl oktyabrın 13-də imzalanan Qars müqaviləsinə, eləcə də xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarına sadiqliyini təsdiq etdi.
Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin
Kimya müəllimi Şəbnəm Rəhimova