ISESCO-nun 2022-ci ili Şuşanın İslam mədəniyyətinin paytaxtı,TÜRKSOY-un isə 2023-cü ilin Türk Dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsləri Türk-İslam dünyası¬nın Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin daha bir göstəricisidir.
Türk xalqlarını birləşdirən ortaq mədəni irs və ortaq tarixdir. Humanitar sahə dövlətlər arası münasibətlərdə həmişə mühüm yer tutub. Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü digər türk dövlətləri kimi Qırğızıstan da dəstəkləmişdir.
Ortaq tarix, mədəniyyət, müştərək dəyərlərin birləşdirdiyi türk xalqları əsrlər boyu bir-birilə sıx əlaqədə olmuş, bir yerdə yaşamış, sevincini, kədərini bölüşmüşdür.Zaman-zaman bu xalqların başı üzərində qara yellər əssədə bu birliyi pozmağa gücü çatmamışdı.
“XXI əsr türk dünyasının əsri olmalıdır!”- fikrinin reallığa çevrilməsi üçün bütün müsbət meyilləri gücləndirmək, birgə fəaliyyət göstərməkdir. 2021-ci il iyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin aşağıdakı bəndində oxuyuruq:
“Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliği və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər”. Elə bu bəndin mahiyyətində də yuxarıda söylədiyimiz fikirlər dayanır.
Digər türk dövlətləri kimi Azərbaycan və Qırğızıstan arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə çatıb. Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində on sənəd imzalanıb.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Nəzakət Əzizzadə