İkinci Qarabağ müharibəsində əldə edilən qələbədən sonra siyasi arenada əldə edilən uğurlar dövlət başçımızın uğurlu siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin Brüsseldə , Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri postmüharibə dövründə dövlət başçısının regionda olan siyasi prosseslərə dərindən təsirinin göstəricisidir. 2021-ci il dekabrın 14-də keçirilən ilk üçtərəfli görüş zamanı Brüssel sülh gündəliyinin əsasının qoyulması tərəflər arasında davamlı əlaqələrin artmasına şərait yaradıb.
Cənab Prezident İlham Əliyevin 6 aprel tarixində Brüsselə növbəti səfəri zamanı yeni siyasi uğurların əsası qoyuldu. Görüşün nəticəsi olaraq Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının başlaması haqqında qərarın əldə edilməsi və əsas Azərbaycanın təklif etdiyi 5 maddə ətrafında qərarların qəbul edilməsi nəzərə alınmışdır. Sülh danışıqları zamanı isə diqqətdə saxlanılacaq vacib məqam isə Azərbaycanın ərazi bütövlüyünün qorunmasıdır.
Son dövrlərdə Azərbaycanla dünyanın ən böyük siyasi və iqtisadi mərkəzlərindən olan Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf yoluna qədəm qoymuşdur. Avropa İttifaqı regionda davamlı sülhün təmin edilməsində Azərbaycanla yaxın əlaqələrin qurulmasını mühüm amil hesab edir. Ölkə başçısının yüksək nüfuza malik olması, apardığı uzaqgörən siyasət Avropa İttifaqı ölkələrinin eləcə də, digər dövlətlərin Azərbaycana olan marağını xeyli artırmış və əməkdaşlıq meyllərini gücləndirmişdir.
Ermənistanda olan mövcud vəziyyət ölkə başçısının apardığı siyasətin öz bəhrəsini verdiyini sübut edir.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə