15 iyun Azərbaycan üçün artıq ikiqat tarixi əhəmiyyətə malikdir. Bu tarix həm “Qurtuluş günü”, həm də “Şuşa Bəyannaməsi”-nin imzalanması kimi tarixə düşmüşdür. 2021-ci il iyunun 15 də imzalanan “Şuşa Bəyannaməsi”-nin bu tarixdə imzalanması təsadüfi deyildi. Həmçinin 100 il əvvəl imzalanan “Qars” müqaviləsinin ildönümündə imzalanması xüsusi rəmzi məna verir.
Prezident cənab İlham Əliyev Bəyannamə imzalanarkən Qars müqaviləsini yenidən hər kəsin diqqət mərkəzində saxlamış və tarixi oxşarlıqları vurğulamışdır. Ancaq çox önəmli fərq də qeyd edilmişdir ki, o vaxtki hadisələrin nəticəsi Ermənilərin xeyrinə başa çatsa da, bu dəfə tam olaraq Azərbaycanın, Azərbaycan xalqının xeyrinə nəticələnmişdir, tarixi ədalət bərpa edilmişdir.
Azərbaycan və Türkiyə münasibətləri Ulu Öndər Heydər Əliyevin dediyi kimi “İki dövlət, bir millət” ifadəsinin sübutudur. Bunu biz həm AXC dövründə həm də müstəqil Azərbaycan Respublikası elan olunduğu gündən görürük. “Şuşa Bəyannaməsi” bu müttəfiqliyi rəsmiləşdirmiş və daha da genişləndirmişdir.
Bəyannamədə hər iki ölkənin siyasi, iqtisadi, humanitar, səhiyyə, sosial müdafiə, mədəni, təhsil sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin, bu və digər sahələrdə geniş müttəfiqlik münasibətlərinin qurulması öz əksini tapmışdır. Hər iki dövlət türk dünyasının inkişafına yönəlik addımlarını birləşdirməklə inkişafda yeni mərhələyə qədəm qoymuşlar.
Həmçinin, ən önəmli məsələlərdən biri də dövlətlərin təhlükəsizliyinin artırılması və müdafiə qabiliyyətinin artırılması məqsədi ilə hər iki ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən qurulması istiqamətində razılıq əldə edilmişdir.
İki dövlət arasında, xüsusilə iki türk dövləti arasında belə sıx müttəfiqlik münasibətlərinin qurulması böyük tarixi əhəmiyyətə malikdir. Bütün dünya türkün gücünə, birliyinə bir daha şahid oldu.
Sabunçu rayonu, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə