Ölkəmizin enerji potensialını gücləndirəcək stansiyanın fəaliyyətə başlamasının enerji təminatında böyük payı olacaq

Ölkəmizin enerji potensialını gücləndirəcək stansiyanın fəaliyyətə başlamasının enerji təminatında böyük payı olacaq
Prezident İlham Əliyevin 8 yanvar 2026-cı ildə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı ölkəmizin iqtisadi gücünün sübut olunub qiymətləndirilməsində mühüm rol oynadı. Cənab prezident ölkəmizdə bərpa olunan enerji mənbələrinin fəaliyyəti istiqamətində önəmli uğurlara imza atıldığını və bunun həm enerji təhlükəsizliyi, həm də iqtisadi inkişaf üçün vacib addım olduğunu xüsusi vurğuladı. O, həmçinin qeyd etdi ki, ölkənin enerji təminatında vacib rol oynayacaq yeni günəş və külək enerjisi layihələrinin həyata keçirilməsində fəallıq göstərən yerli və xarici investorların fəaliyyəti yüksək qiymətləndirilməlidir. Eyni zamanda Cənab Prezident bu sahədə nəzərdə tutduğu gələcək planlardan da söz açdı və qeyd etdi ki, Azərbaycanda bu istiqamətdə daha böyük bərpa olunan enerji lahiyələri həyata keçiriləcək və ölkənin enerji potensialı daha da artacaq. Rəsmi çıxışlardan sonra Prezident İlham Əliyev və ACWA Power şirkətinin rəhbərliyi tərəfindən "Xızı-Abşeron" Külək Elektrik Stansiyası rəsmi mərasim fonunda işə salındı.
Həqiqətən, ölkəmizin enerji potensialını gücləndirəcək stansiyanın fəaliyyətə başlamasının enerji təminatında böyük payı olacaq. Bu stansiyanın ən önəmli üstünlüyü də odur ki, gücünü bərpa olunan enerjidən alır. Bərpa olunan enerji həm ekoloji cəhətdən təmizdir-atmosfer və canlı aləm üçün təhlükə yaratmır- həm də, enerji təhlükəsizliyini artırır. Ölkəmizdə bu sahədə dövlət və özəl sektor əməkdaşlığı güclənir, hətta xarici şirkətlər də bizimlə əməkdaşlıq edirlər. Bu, olduqca qürurvericidir. Bununla yanaşı, yeni texnologiyalar tətbiq olunur ki, bu da həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlib. Ölkəmizin son illərdə bərpaolunan enerji sahəsində əldə etdiyi uğurlar, eləcə də Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizdə bu sahəyə marağın artmasına, xarici investorların ölkəmizə maraq göstərməsinə səbəb olub. "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının açılışı da bu uğurların bariz nümunəsidir.
Ölkəmizə 300 milyard dollardan çox xarici sərmayənin cəlb olunması və xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizindən çox olması Azərbaycanın iqtisadi sabitliyini və investorlar üçün əlverişli mühit yaratdığını göstərir.
Bərpaolunan enerji layihələri yalnız daxili ehtiyacların ödənilməsi üçün deyil, həm də enerji təhlükəsizliyinin artırılması, ekoloji tarazlığın qorunması və davamlı iqtisadi inkişafın təminolunması üçün böyük əhəmiyyət daşıyır. Bu sahədə edilən uğurlu cəhdlər isə ölkəmizin enerji potensialını daha da gücləndirəcək.


Maştağa qəsəbəsi, 293 saylı tam orta məktəbin
ingilis dili müəllimi Türkan Bayramova





Oxşar xəbərlər